Axtarış
Başqa şəhərlərdə
Touy, nişan, xına hər bir qızın, ananın arzusudur. Həyatın ən xoşbəxt günü üçün hazırlıqlar hələ bir necə ay öncədən başlayır. Dəblə ayaqlaşan xanımlar üçün ən yeni fata və saç aksesuarlarını təqdim edir. Bu aksesuarlar gəlinlərin gözəlliklərinə gözəllik qatacaq. Bu il gəlinliklərdən fərqli olaraq fatalarda sadəlik ön planda olacaq. Əsasən qısa fatalara daha çox rast gəlmək mümkündür. Fatalar əsasən zərif tordan və üzərində heç bir işləmə olmadan sitifadə ediləcək. Bəzəkli fatalarda isə gül, güpür kimi detalları bu il cizgilər əvəz edə bilər. Fata taxmaq istəməyənlər isə müxtəlif bəzəkli saç aksesuarlarından rahat istifadə edə bilərlər. Bu böyük aksesuarlar fatadan heç də geri qalmırlar. Onları həm saç bantı kimi sadə, həm də bir tərəfli qaydada mürəkkəb düzümlərdə istifadə etmək mümkündür. Rəngə gəldikdə isə ağ və fil dişi rəngli aksesuarlar aktual olacaq. ANS PRESS
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.