Qoç – Yeni layihələrə başlamaq üçün pis gün deyil, nə qədər tez qollarınızı çırmayıb fəaliyyətə keçsəniz, bir o qədər yaxşıdır. Əvvəlcə qurduğunuz planları rellaşdırmaqdansa improvizasiya etmək sizdə bu gün daha yaxşı alınır. Rəhbərliklə fikir ayrılıqları mümkündür, amma yenə də ümumi rəyə gələ biləcəksiniz. Üstəlik, sizin haqlı olduğunuzu hamı etiraf edəcək.
Səfərlərdə çox diqqətli olun. Təyyarə və gəmi ilə səyahətlər məsləhət deyil. Emosional fon sabit deyil, siz həddən artıq şıltaqlıq etsəniz də, bu durum cazibədarlığınıza zərrə qədər təsir etmir. Sevdiyiniz axşam sizi xoş sürprizlə sevindirə bilər.
Buğa - Müsbət tendensiyalar hələ bir müddət sizin həyatınızı bəzəyəcək. Günün birinci yarısı çox xoş keçəcək. Bu dövrdə işdə əla nailiyətləriniz gözlənilir: sizdən tələb olunan azacıq cəhd göstərmək, ya da heç olmasa qızğın fəaliyyət göstərdiyiniz təsiri yaratmaqdır.
Günün ikinci yarısı isə fərqlənir. Xırda anlaşılmazlıqlar mümkündür, düzgün olmayan qərarlar verə bilərsiniz. Öz imkanlarınızı heç də həmişə düzgün qiymətləndirmirsiniz. Məsləhətlərə isə qulaq vermək niyyətiniz yoxdur.
Əkizlər – Xoşagəlməz məqamlar mümkündür. O qədər də güclü olmasalar da, məhz onların ucbatından axşama doğru həll olunmamış problemləriniz üst-üstə qalaqlanacaq. Konstruktiv olmaq bir qədər çətindir. Xırdaca bir problem yaranan kimi panikaya qapılır, kədərlənəir, ümidinizi itirirsiniz – bir sözlə, ağlınıza gələn bütün lazımsız şeyləri edir, amma vəziyyətdən necə çıxmaq barədə fikirləşmirsiniz.
Maliyyə problemləri də istisna deyil. Bu gün alış-verişə iri məbləğdə pul xərcləmək məsləhət deyil. Siz pulları səpələmək istəyirsiniz, amma özünüzə lazım olmayan əşyalar alrsınız.
Xərçəng – Mənfi tendensiyaların çoxluğu sizi qorxutmur. Əhvalınız əladır, çox nikbinsiniz. Heç bir maneə qarşınızda duruş gətirmir. Yeni layihələrə başlaya, sövdələşmələr qura bilərsiniz. Hətta düşmənlərinizlə də danışıqlar apara bilərsiniz: onları öz tərəfinizə çəkə bilməsəniz də, heç olmasa tərksilah edərsiniz.
İşə köklənmək asan olmayacaq: şəxsi məsələlər, ailə ilə bağlı fikirlər buna imkan verməyəcək. Ancaq bu, elə də ciddi problemlər yaratmayacaq. Ciddi səhvlər buraxmayacaqsınız, xırdaları isə kimlərsə düzəldəcəklər.
Şir – Əhvalınız daha da yaxşı olardı, amma təəssüf ki, çox xırda bir problem yaranan zaman siz kədərlənir, tez təslim olur, hər bir qıcığa sərt reaksiya verirsiniz. Özünüzü ələ ala bilsəniz, həyatınızı dərhal yaxşılığa doğru dəyişə bilərsiniz.
Axşamı ev işlərinə həsr edin. Sizə elə gələcək ki, elə bir vacib işlə məşğul olmursunuz, amma adi məişət problemləri sizin fikirinizi çətin keçən gündən yayındıraraq, mənəvi rahatlıq tapmanıza yardımçı olacaq. Ziyafətlərə, insanların çox olduğu yerə getməyin, sevdiyiniz şəxs və yaxud köhnə dostunuzla birgə gəzinti isə kefinizi açacaq.
Qız – Təəssüf ki, müsbət tendensiyalar dünənki gündə qaldı. Əlbəttə, bu halın öhdəsindən gəlmək olar. Necə? Sakitcə, ehtiyatlı tərpənərək, artıq hərəkətlərə yol vermədən. Yeni bir layihəyə başlamaq üçün münasib gün deyil. Amma əvvəlcədən planlaşdırdığınız bəzi işlərinizi etibarlı tərəfdaşlarınıza həvalə edə biləriniz. Əgər iri bir sövdələşməyə qatılırsınızsa, mütləq mütəxəssislə məsləhət edin, yekun qərarı təklikdə verməyin.
Yaxınlarınızla münaqişələr olmasa da, qarşılıqlı narazılıqlar mümkündür. Çünki heç kim hisslərini gizlətmir. Bu gün zarafat etməyə çalışmayın, sizin yumor hesab etdiyiniz kimlərinsə qəlbini qıra bilər.
Tərəzi – İşlər hamar və rəvan getmir. İşgüzar aktivliyinizlə də qürrələnə bilməzsiniz. Faydalı imkanları qaçıra, tənbəlliyiniz ucbatından maraqlı təklifləri rədd edə bilərsiniz. İş ortaqlarınızdan çox şey gözləməyin, üstəlik, əgər onlar gözləntilərinizi doğrultmasalar, inciməyin. Bu, bir çox mümkün xoşəgəlməz situasiyaların qarşısını alar.
Ətrafınızda baş verən bütün hadisələrə çox emosional reaksiya verirsiniz. Əgər yanınızda sizi dəstəkləyən, başa düşən insan varsa, o qədər də narahat olmağa dəyməz. Amma əgər yaxşı sözləri sizə yalnız nəzakət xatirinə deyirlərsə, bu artıq qorxuludur, çünki yalanı, saxtakarlığı dərhal hiss edirsiniz.
Əqrəb – Vacib bir məsələni vacib bir şəxslə müzakirə etməlisinizsə, o zaman bu işi sabaha saxlamayın! Gün istənilən xarakterli danışıqlar üçün əladır, qarşılıqlı anlaşma əldə edərək, ümumi fikrə gəlmək çox asandır. Sənədləri imzalaya, müqavilələr bağlaya, vədlər verə bilərsiniz: bu gün başlanan əməkdaşlıq, işbirliyi çox məhsuldar və qarşılıqlı şəkildə sərfəli olacaq.
Emosional fon əladır, bütün gün ərzində nikbinliyinizi qoruyub saxlayacaqsınız. Xoş niyyətli insanlar sizə doğru can atacaqlar.
Oxatan – Yeni ideyalar sizi böyük qüvvə ilə özünə cəzb edir. Onlar nə qədər cəsur və orijinaldırsa, sizin onlara marağınız bir o qədər güclüdür. Təəssüf ki, məhz bu cəhət sizə problemlər yaradır: bu gün hansı ideyaların daha doğru, sərfəli olduğunu təyin etmək sizə çətindir. Bəzi Oxatanlar «əbədi mühərrik» axtarışında olduqlarını dərk edənədək başları daşdan-daşa dəyəcək.
Yaxınlarınızla münasibətləri də yaxşı və asan adlandırmaq olmaz. Sizə elə gəlir ki, sizdən nəyisə gizlədirlər, ya da heç eşitmək istəmədiyiniz xəbərləri çatdırırlar.
Oğlaq – Nüfuzlu bir şəxsin dəstəyini qazana bilərsiniz. Eyni zamanda, sizə böyük köməyi dəyəcək bir neçə tərəfdaş tapmaq da mümkündür. Əgər bu gün yeni bir işə başlayırsınızsa, kollektivlə tezliklə qaynayıb-qarışacaq və özünüzə əsl dostlar tapacaqsınız. Əlinizə pul gələ bilər.
Hansısa ailə tədbirlərinə vaxtınız çatmaya bilər. Bəzi Oğlaqlar dostları, yaxud sevgililəri ilə bu günə təyin etdikləri görüşləri təxirə salmalı olacaqlar. Səfərdə olanlar isə gözlənilməz və səbəbi bəlli olmayan gecikmələrlə rastlaşa bilərlər.
Dolça – Yaradıcı potensialınız yüksəkdir. Bir çox Dolçalar bü gun qeyri-standart qərarlar qəbul edəcək, qeyri-adi və izahı o qədər də asan olmayan hərəkətlər edəcəklər. Bəli, siz daha çox emosiyalarınızın təsiri altında hərəkət edirsiniz, məntiqinizin səsinə qulaq asmaq fikriniz yoxdur. Əslində, bu yanaşma elə də pis deyil. Təşkilatı bacarıqlarınız da parlaqdır.
Yaxınlarınızla ümumi məxrəcə gəlmək elə də asan olmayacaq. Sizin hərəkətləriniz onları çox zaman təəccübləndirir, amma bunun onların xoşuna gəldiyini demək doğru olmazdı. Ciddi münaqişələr yaranmayacaq: cazibəniz buna imkan vermir.
Balıqlar – Xoş gündür. Emosionalarınız sabitdir, təmkininizi qoruyub saxlaya bilirsiniz. Hətta çətin vəziyyətlərdə belə tövrünüzü pozmursunuz. Sənədlərlə işləyə, hesabatlar hazırlaya bilərsiniz. Layihələrin, çətin hesablamaların öhdəsindən asanlıqla gəlirsiniz. Humanitar sahədə çalışan Balıqlar özlərində gözlənilmədən riyazi bilik «anbarı» aşkarlayacaqlar.
Yaxınlarınızla münasibətləriniz ahəngdardır. Yeni bir eşq macərasına başlaya bilərsiniz. Əgər artıq kimisə sevirsinizsə, o zaman onu qeyri-adi, hətta ekstravaqant bir çürprizlə sevindirin - əla alınacaq!
Milli.Az