Qoç - peşəkar fəaliyyət müstəvisində yaranan
problemləri həll etmək üçün əlverişli zamandır. Maliyyə məsələlərinin
çözümünü ertələməyin. İşgüzar intuisiyanız iti olsun. Minimum
informasiyaya malik olsanız da, çox ciddi səhvlərə yol verməyin. İşgüzar
danışıqlar pis keçməyəcək.
Günün ikinci yarısında yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlıqla bağlı razılaşmaya gələ bilərsiniz.
Səfər və ya səyahət üçün münasib zamandır. Dəyər verdiyiniz insandan xoş xəbərlər alacaqsınız.
Qəfil romantik etiraf istisna deyil. Tərəfdaş və ya şərikiniz axşam saatlarında qonaq gələ bilər.
Buğa
- yaranan problemləri həll etmək üçün qətiyyətli və iradəli olun.
Soyuqqanlı davranaraq gərəkli nəticələrə nail olun. Sizin üçün xüsusi
əhəmiyyət kəsb edən işdə irəliləyin. Boş məsləhətlərə qulaq asmayın,
diqqətsiz olmayın.
Günün ikinci yarısında müttəfiq və dostların yardımı ilə yeni ideyaları reallaşdıra bilərsiniz.
Yaşamınızda
baş verənlər barədə məlumat vermək istəmədiyiniz insanlar həyatınıza
müdaxilə etməyə çalışacaqlar. Belə adamlarla nəzakətli, amma yetərincə
sərt davranın. Münaqişə yaranmasına imkan verməyin.
Əkizlər
- bu gün birmənalı olmayan, çətin situasiyaların sayı az olmayacaq.
Optimal davranış və hərəkət modelini seçin. Emosiyaların əsiri olmayın.
Yalnız sağlam məntiq və faydanı düşünərək davranın.
Etibar etdiyiniz insanlar sizi aldada bilərlər. Aldığınız istənilən məlumatı və ya informasiyanı yoxlamağa tənbəllik etməyin.
Günün
ikinci yarısında maliyyə fonu gərgin olacaq. Qəfil itkilər istisna
deyil. Anlaşma və sövdələşmələri uğurlu adlandırmaq çətindir. Şəxsi
münasibətlərdə müsbət dəyişikliklər istisna deyil. Amma yeniliklərin
təşəbbüskarı siz olmayacaqsınız.
Xərçəng
- maliyyə məsələlərində ehtiyatlı olun. Tərəfdaşlara çox güvənməyin.
Yaranan problemləri təkbaşına, müstəqil şəkildə həll edin. Tələsməyin,
yüz ölçüb bir biçin. Yaranan situasiyanı sakit şəraitdə təhlil edin,
bütün detalları və xırdalıqları nəzərə alın.
Günün ikinci
yarısı ünsiyyət üçün əlverişli deyil. Sizi yaxşı tanımayan insanlar
həddən artıq eqoist olduğunuzu düşünəcəklər. Soyuqqanlı davranışınız
yaxın ətrafınızdakı insanlarda suallar yarada bilər. Yaradıcılıq
fəaliyyəti, bacarıq və imkanların inkişaf etdirilməsi üçün münasib
zamandır.
Şir - maliyyə
məsələlərində ehtiyatlı olun. Bədxərclik etməyin. Prinsip etibarilə pis
gün deyil. Vaxtınızdan və imkanlarınızdan ağılla istifadə edin. Peşəkar
fəaliyyət sahəsində qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın.
İşdə həmkarlar və rəhbərliklə münasibətləri normallaşdırın.
Günün ikinci yarısında çoxdankı problemlərdən birini həll etmək olar.
Yaşam potensialının səviyyəsi bir qədər aşağıdır. Səhhətinizin qayğısına qalın. Düzgün qidalanın.
Qız
- uğurlu gündür. Məhsuldar şəkildə çalışın. Yaranan problemləri
təxirəsalınmaz şəkildə çözün. Rəqib və bədxahları geridə qoymaq üçün
maksimal effektiv şəkildə işləyin. Liderlik məziyyətlərinizi nümayiş
etdirin.
Günün ikinci yarısı sənədlərlə bağlı işlər, habelə
dövlət qurumlarının nümayəndələri ilə təmaslar və danışıqlar üçün
əlverişlidir.
Sövdələşmə və anlaşmalar pis alınmayacaq. Pulu
biznesə yatırmaq, daşınmaz əmlak və ya nəqliyyat vasitəsinin alınması
ilə bağlı danışıqlar aparmaq olar. Yeni tanışlarda özünüzlə bağlı rəğbət
hissi yaratmağa can atın. Əks cins mənsubu sizə diqqət yetirəcək.
Tərəzi -
işlərdə aktiv, təşəbbüskar olun. İdeyalarınız pis deyil, onları
dəstəkləyəcəklər. Sərfəli ideyalardan birini ən qısa zamanda həyata
keçirməyə başlayın. İşdə rəhbərliyin diqqətini qazanmaq, faydalı
əlaqələrə nail olmaq, irəliləmək olar.
Günün ikinci yarısı
fiziki iş, mürəkkəb qurğular və avadanlıqdan istifadə üçün əlverişlidir.
Axşam saatlarında maraqlı tanışlıqlar olacaq. Hisslərinizi gizlətməyin,
amma emosiyaların təsiri altında da qərarlar verməyin.
Əqrəb
- həddən artıq çətin və ağır proses sayəsində əldə olunması mümkün
hədəflərin, mürəkkəb niyyətlərin zamanı deyil. Genişmiqyaslı işi
ertələyin, cari və rutin məsələlərlə məşğul olun. Bu gün yaşanacaq
hadisələr yaxın perspektivdəki situasiyaya təsir etməyəcək.
Günün
ikinci yarısında məhsuldar çalışmaq istəyirsinizsə, boş söhbətlərə və
mənasız diskussiyalara qatılmayın. Alış-verişdə çox pul xərcləməyin.
Yalnız özünüzün yox, bütün ailə üzvlərinin istifadə edə biləcəyi
nəsnələr alın.
Oxatan - çətin
situasiyaya düşməməyin ən rahat və optimal yolu ehtiyatlı, sayıq
davranmaqdır. Sərvaxt olun. Yalnız özünüzə, ən yaxın insanlarınıza
güvənin. Gərgin və mürəkkəb gündür. Ciddi uğursuzluqlar olmayacaq.
Günün ikinci yarısı məsuliyyətsiz bəyanatlar verməyin, hərdəmxəyal davranmayın.
Ünvanınıza
səslənən tənqidlərə normal yanaşın, sakit və soyuqqanlı olun.
Sözləriniz və ya əməllərinizin hansısa kiminsə xoşuna gəlməsə,
sinirlənməyin.
Axşam saatlarında fəaliyyət tempini aşağı salın. Yorğunluq səhhətinizdə problemlər yarada bilər.
Oğlaq
- təşəbbüskar, aktiv olun. Peşəkar fəaliyyət baxımından əlverişli
gündür. Ən çətin işlərin öhdəsindən gəlmək üçün yaşam enerjisi yetərli
səviyyədədir. Yalnız bacardığınız, öhdəsindən gələ biləcəyiniz işlərə
başlayın. İşgüzar baxımdan faydalı tanışlıqlara nail ola bilərsiniz.
Günün
ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri
artacaq. Yaxınlarınızla təmaslarda səmimi olun. Zərurət yaranarsa,
ünsiyyət çevrənizi genişləndirə bilərsiniz. Alış-veriş üçün münasib
zamandır.
Dolça - məqsədləri
konkretləşdirin, hədəfləri dəqiqləşdirin. Gün yaxşı perspektivlər vəd
edir. Bir işi başlayıb yarımçıq qoymayın, yeni işə başlamayın.
Gördüyünüz işləri mütləq şəkildə bitirin. Böyük miqyaslı anlaşma və
sövdələşməyə nail olmaq mümkündür. Uzunmüddətli əməkdaşlıq, alış-veriş
üçün münasib zamandır.
Günün ikinci yarısında səhhətinizdə
yüngül problemlər yarana bilər. Özünüzə fikir verin. Axşam saatlarında
dəvət aldığınız tədbirə qatılın.
Xoş ünsiyyət və yaxşı tanışlıqlar istisna deyil.
Balıqlar
- işgüzar aktivlik səviyyəsi bir qədər aşağı düşəcəksə də, ümumən pis
gün deyil. Mühüm işləri təxirə salmayın, ertələməyin, başqalarına həvalə
etməyin. Problemlərin özbaşına çözüləcəyini düşünməyin.
Günün ikinci yarısında aktiv, əzmkar, çalışqan olsanız, böyük uğurlara nail ola bilərsiniz.
Bilik
və məlumatların artırılması, dünyagörüşünün genişləndirilməsi üçün
yaxşı gündür. Köhnə dostlar özlərini xatırladacaqlar. Axşam saatlarında
darıxmayacaqsınız.
Milli.Az