Azərbaycanın Eurovision 2012 mahnısı iki həftəyə təqdim olunacaq
6.3.2012

Azərbaycanın Eurovision Mahnı Müsabiqəsi 2012-dəki təmsilçisi Səbinə Babayevanın may ayında Bakıdakı şouda ifa edəcəyi mahnının münsiflər heyəti tərəfindən seçimləri aparılır. Eurovision.az saytı xəbər verir ki, Səbinə Babayevanın Eurovision mahnısı yaxın iki həftə ərzində təqdim olunacaq.

Səbinə Babayeva fevralın 12-də keçirilən Milli Seçimlərin final mərhələsində 5 ifaçı arasından Azərbaycanın Eurovision 2012 təmsilçisi seçilib.

Azərbaycan 57-ci Eurovision Mahnı Müsabiqəsinin mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.