11 iyun tarixində Səməd Vurğun adına Rus Dram Teatrında NETTY2014
Azərbaycan Milli İnternet Mükafatının təntənəli mükafatlandırma mərasimi
baş tutdu.
Qaliblər 15 nominasiya üzrə müəyyən edilib:
1. Dövlət saytı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı http://health.gov.az/
2. Korporativ sayt: Prosper Cartoon Studio www.cartoon.az və INTEGRAL www.integral.az
3. Elm və Təhsil: Elektron Kitabxana http://e-book.az
4. Mədəniyyət və incəsənət: Target Magazine http://tagmag.az
5. İnformasiya və xəbərlər: Tibbi Məlumat Portalı www.saglamolun.az
6. Servis-sayt: TıxacAz layihəsi http://tixac.az
7. Əyləncə: Əyləncə mərkəzi http://megafun.az
8. İdman: Milli Olimpiya Komitəsi http://noc-aze.org və İdman online kataloq http://sportsmen.az
9. Azərbaycan: Azərbaycan Teatrı. Dünən, Bu gün, Sabah. http://azteatr.musigi-dunya.az
10. Şəxsi sayt: Rəssam İlham Mirzəyev http://ilhamart.com
11. Cəmiyyət: Müstəqil rəy bildirmə saytı https://imho.az
12. Elektron kommersiya sahəsində ən yaxşı sayt: Modshop https://modshop.az
13. Mobil programm: Baku Airpoirt
14. İlin İT-hadisəsi: “Mobil rabitə şəbəkələrində nömrələrin köçürülməsi xidməti”
15. İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə: Ramazan Vəliyev, “Delta Telekom” şirkətinin rəhbəri.
Mərasimin iştirakçıları ölkənin iri İT-şirkətlərinin nümayəndələri,
mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqlar oldu.
Cari ildə müsabiqə AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, AR
Mədəniyyət və Turizm Nazirliyinin, RYTN-nin Elektron Təhlükəsizlik
Mərkəzinin hərtərəfli dəstəyi ilə keçirilib.
Müsabiqənin baş partnyoru Myvideo.az layihəsidir.
Müsabiqənin partnyorları qismində Microsoft şirkəti, BakuTel sərgisi,
Nurlar şirkəti, Ali&Nino kitab mağazaları şəbəkəsi, Happyland
şirkəti, KTV1 kabel operatoru çıxış ediblər.
Layihənin dizayn dəstəyi Kokon şirkəti tərəfindən həyata keçirilib.
Hüquqi dəstək De Jure hüquq firması tərəfindən aparılıb.
Tədbirə İnformasiya dəstəyini 1news.az , Infocity.az , Oxu.Az,
Navigator.az, Disput.az, Inet.az, Weblist.az, Azerphoto.com, Friday.az,
Cool-agency.com göstərib.
İnformasiya təhlükəsizliyi üzrə partnyor Dr.WEB şirkətidir.
Oxu.az