Braziliyada möhtəşəm futbol bayramı başladı.
Dünən gecə Braziliyada futbol üzrə Dünya Çempionatı start götürdü.
San Paolo şəhərində baş tutan açılış mərasimi məşhur dünya ulduzları Pitbull, Cenifer Lopez və Klaudia Leytin birlikdə ifa etdiyi FİFA-nın rəsmi mahnısı “We Are One” ilə başlayıb.
Açılış mərasimində yüzlərlə insan müxtəlif şoular göstərib.
Rəsmi açılışdan sonra Braziliya və Xorvatiya milliləri qarşılaşıb. Oyun ev sahiblərin 3-1 qələbəsi ilə bitib.
Maraqlı açılış şousundan görüntüləri təqdim edirik:
Video
gun.az