“Azərbaycan hava yolları” QSC beynəlxaq reysləri iyul ayının 15-dən Heydər Əliyev adına aeroportun yeni terminalından həyata keçirəcək.
Bu barədə Azərbaycanın avia-operatorunun məlumatında deyilir.
“AZAL avia-şirkətinin bütün beynəlxalq reysləri iyul ayının 15-dən, Heydər Əliyev adına Beynəlxalq aeroportun 1 nömrəli yeni terminalından həyata keçiriləcək”, - məlumatda deyilib.
Məlumat verildiyi kimi Heydər Əliyev adına Beynəlxalq aeroportun yeni aerovağzal kompleksinin açılışı 2014-cü ilin aprel ayının 23-də baş tutub. Kompleks ildə altı milyon sərnişinin daşınmasını təmin edə biləcək.
Oxu.az