"Mercedes"in gözəgörünməz avtomobili - VİDEO
6.3.2012

Almaniyanın "Mercedes Benz" avtomobil konserni yeni yanacaq elementləri sistemini qeyri-adi yolla nümayiş etdirmək qərarına gəlib. Həmin texnologiya sayəsində avtomobil ekoloji baxımdan tam təmiz olur.

Almaniya ərazisində bir həftə ərzində keçirilən aksiya zamanı "Mercedes"in sloqanı "Ətraf mühit üçün gözəgörünməz - hamı üçün gözəgörünməz!" olub.

Aksiyada istifadə olunan avtomobilin korpusu bütünlüklə LED-panellərlə örtülmüşdü. Videokamera vasitəsilə alınan görüntülər həmin panellərə ötürülüb və avtomobilin gözəgörünməzlik effekti əldə olunub.

Milli.Az