Noyabrda III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək
17.6.2014

Noyabrın 5-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.

Builki konfransın əsas mövzusu “Multikulturalizm və ümumbəşəri dəyərlər sistemində teatrın yeri” adlanır.

Noyabrın 4-də və 7-də teatr sənətinin müxtəlif sahələri üzrə ustad dərslərinin, seminarların və treninqlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, konfrans “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçiriləcək.

APA