“Natəvan” qalereyasında gənc rəssamın sərgisi keçiriləcəkdir
17.6.2014

İyunun 20-də “Natəvan” qalereyasında gənc rəssam Ləman Yusiflinin “Azərbaycan” adlı sərgisi keçiriləcəkdir.

Qalereyadan bildirmişlər ki, sərgi Azərbaycan miniatürləri üslubunda qalereyanın divarlarında çəkilmiş formada təqdim olunacaqdır.

Sərginin belə qeyri-adi formatda həyata keçirilməsi, Azərbaycanın milli və tarixi incəsənət növü olan miniatürləri təbliğ etmək və bu yaradıcılıq növünə yenilik qatmaqla onu canlandırmaq məqsədi daşıyır.
Sərgi Azərbaycanın tarixini, bölgələrini və tarixi abidələrini əks etdirəcəkdir.

AzərTAc