Ermənistan "Eurovision 2012" mahnı müsabiqəsində iştirakdan rəsmən imtina edib
7.3.2012

Ermənistan Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində iştirakdan rəsmən imtina edib.

Bu barədə "Eurovision"ın rəsmi saytında məlumat verilib.

"Biz Ermənistanın yayımçısının "Eurovision 2012"-də iştirakdan imtinası barədə qərarından həqiqətən məyus olduq", - Avropa Yayım Şurası adından müsabiqənin icraçı rəhbəri Con Ola Sand deyib. "AYŞ-nin və teleşirkətin Ermənistan nümayəndə heyətinin müsabiqədə iştirakını təmin etməsi üçün göstərdiyi səylərə baxmayaraq, bizdən asılı olmayan səbəblər bu qərara gətirib çıxarıb", - o, əlavə edib.