Böyük Britaniya kraliçası İkinci Yelizaveta cümə günü Hollivud aktrisası Ancelina Colini mükafatlandırıb.
Coli humanitar fəaliyyəti naminə xanım titulu qazanıb. Coli bu həftə BMT-ın xüsusi elçisi kimi Londonda keçirilən seksual zorakılıqla mübarizəyə həsr edilmiş konfransda iştirak edib.
Adıgedən tədbirdə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Uilyam Xüyqom da çıxış edib. Dah asonra isə Ancelina kraliçanın doğum gününə həsr edilmiş mükafatlandırma gecəsində iştirak edən yüzlərlə seçilmiş insanlar sırasında yer alıb.
Ən maraqlısı isə budur ki, Ancelina Coli nə Britaniya, nə də Britaniya Birliyinə daxil olan ölkələrin vətəndaşı olmadığına görə adının qarşısına ona verilən "xanım" titulunu əlavə edə bilməz.
Elə bu səbəbdən də mükafat ona xüsusi hörmətlə verilən titul kimi qalacaq. Coli fikirlərini bölüşərək bunları bildirib: "Xarici siyasətlə bağlı fəaliyyət üçün mükafatı almaq mənim üçün böyük şərəfdir. Məhz buna görə mən öz həyatımı işə həsr etmək istəyirəm".
Big.az