Quyruqlu oğlanı tanrı sayırlar - FOTO
18.6.2014

13 yaşlı bu oğlanı yaşadığı kəndlə bahəm, ətraf qəsəbə və şəhərlərin sakinləri meymun tanrı Xanumanın yerdəki zühurlarından biri sayırlar. Oğlana sitayiş edir, ondan xeyir-dua istəyirlər.

 
Yeniyetmə isə bəlasından qurtulacağı günü səbirsizliklə gözləyir.
 
Hindistanın Pəncab ştatında yaşayan 13 yaşlı Ərşid Əli Xanın quyruğu var.
 
17,7 sm uzunluğunda ət çıxıntısı quyruq təsiri bağışlayır.
 
Yerli sakinlərin onu hindus tanrısı, meymunlar hökmdarı Xanumanın yerdəki izharı saymalarına və sitayiş etmələrinə rəğmən, Ərşid Əli Xan yeriməkdə çətinlik çəkdiyi üçün quyruğundan qurtulmaq istəyir.
 
Həkimlərin dediklərinə görə, Ərşidin onurğasının aşağı hissəsində anadangəlmə defekt olduğu üçün fəqərələr aralanıb. Quyruq isə atavizm nişanəsidir.

"Bu quyruğu mənə tanrılar verib. Mən tanrılara inandığım üçün insanlar da mənə sitayiş edirlər. Onların duaları da çin olur", - Ərşid deyib.

13 yaşlı Ərşidin 4 yaşı olanda atası vəfat etdiyi üçün o, indi babası İqbal Qüreşi və iki əmisi ilə birlikdə yaşayır.
 
Oğlanın babası İqbal olaylara təmkinlə yanaşır: "Ərşid istəyirsə, olsun, quyruğu kəsilsin. Quyruqlu və ya quyruqsuz - o, mənim nəvəmdir".
Ərşidin sözlərinə görə, quyruğu kəsilib götürüləndən sonra da insanlar onların evinə axın edəcəklər.
 
"Çünki onlar inanırlar, dua edirlər", - 13 yaşlı quyruqlu oğlan söyləyib.
 


Milli.Az