İyunun 19-dan 26-dək Mədəniyyət və Turizm Nazirliyi “Milli Qəhrəmanlar” sənədli filmlər həftəsini keçirəcəkdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, həftə çərçivəsində “Salnamə” və “Yaddaş” sənədli filmlər studiyalarında dövlət sifarişi ilə çəkilmiş 11 film Bakı və Sumqayıt şəhərlərində, Ağdam, Oğuz, Göyçay, Quba, Biləsuvar, Xaçmaz rayonlarında kinosevərlərə təqdim olunacaqdır.
26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan kino-baxışlar rayon mədəniyyət və turizm şöbələri və Bakı Şəhər Kino Xidməti İdarəsi tərəfindən həyata keçiriləcəkdir.
AzərTAc