Ferrari şirkətinin Special
Projects bölməsi bu cür yeganə nüsxədə F12berlinetta TRS superkarı
hazırlayıb. Avtomobil çox zəngin bir müştəri üçün düzəldilib. Superkarın
sahibi bu unikal avtomobil üçün 4 200 000 dollar ödəyib ki, bu da
qiyməti 1 400 000 olan LaFerrari flaqman modelindən 3 dəfə baha
deməkdir.
İdman kupesinin dizaynı ciddi dəyişikliklərə
məruz qalıb və indi onun kuzovu tarqa kateqoriyasına aiddir.
Sifarişçinin adı və yeni model haqqında ətraflı məlumatlar gizli
saxlanılır.
Ferrari F12berlinetta TRS enli və
yastı alt dodaqlı yeni ön bamper, tutqunlaşdırılmış baş işıq faralarının
“kiprikləri”, başqa görünüşlü kapot, böyüdülmüş yan ətəklər, yeni
tərtibatlı arxa bamper və tamamilə fərqli arxa hissə ilə daha fərdi və
aqressiv görkəm alıb. Bunlardan başqa avtomobil eksklüziv konstruksiyalı
gümüşü təkər disklərinə sahibdir.
Ferrari F12 TRS modelinin 740 a.g. hasil edən 6,3 litrlik V12 mühərrikinin də məhsuldarlığı artırılıb.