Qoç - gün pis olmasa da, yetərincə narahatdır.
Qarşıya qoyulan məqsədlərə çatmaq, yolda yaranan maneə və sədləri dəf
etmək asan deyil. Yardım üçün kimə müraciət edəcəyinizi bilmirsiniz.
Belə vurnuxmalar, çaş-başlıq sizi narahat edir.
Günün ikinci
yarısında emosiyaların əsiri olmayın. Yaxın ətrafınızdakı insanlara
meydan oxumayın, aqressiv davranmayın. Belə hərəkətlər yaxşı heç nə vəd
etmir. Maliyyə məsələlərini həll etmək, alış-veriş və anlaşmalar üçün
əlverişli zaman deyil.
Pulunuzun düşməni olmayın.
Buğa
- günün ilk yarısı pis keçməyəcək. Yeni işlərə başlamaq, əvvəl
başlanmış işləri bitirmək olar. Təcili həllini tələb edən problemlər
asan deyil. Lakin sınanmış müttəfiqlər, etibarlı dostlar yardımlarını
əsirgəməyəcəklər.
İşgüzar duyumunuz iti olsun. Bizneslə bağlı qərarlarda kobud səhvlərə yol verməyin.
Günün
ikinci yarısı problemlərin sayını artıracaq. Şəxsi münasibətlər
zəminində çətinliklər yarana bilər. Axşam saatlarına yaxın hadisələr
sizin əminlik və nikbinliyinizi azalda bilər. Yanınızda sizi
dəstəkləyəcək insan olarsa, pis deyil.
Əkizlər
- önəmli və yaxşı gündür. Ciddi maliyyə problemlərini həll etmək,
peşəkar fəaliyyət müstəvisində köklü dəyişikliklərə nail olmaq
mümkündür.
İşdə karyera barədə düşünün. Bir qədər səy
göstərsəniz, arzuladığınız işə nail olacaqsınız. Daşınmaz əmlak və ya
kommersiya ilə məşğul olursunuzsa, sərvaxt davranın.
Günün
ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri
artacaq. Amma yeniliklər o qədər də önəmli deyil. İrəliləmək
istəyirsinizsə, təşəbbüskar, inadkar olun.
Xərçəng -
ağır gündür. Ciddi səylər tələb edən mühüm və ağır işləri təxirə
salsanız, müdrik davranarsınız. İzafi diqqət tələb edən məsələlərdə
yanlışlıq şansı çoxdur. Ağır işlər nə qədər az olarsa, özünüzü bir o
qədər yaxşı hiss edəcəksiniz. Cari və rutin məsələlərin bəzilərinin
həllini yaxın ətrafınızdakı insanlara həvalə etmək olar.
Günün
ikinci yarısında səbirsiz, inadkar, qıcıqlı olmayın. Sonradan bu günün
hadisələrini təhlil edəndə özünüzə təəccüblənə bilərsiniz. Çünki bugünkü
davranış sizə xas deyil.
Amma çox qəmlənməyin. Hər halda məhz sərt olmağınız bəzilərinin boşboğazlığına son qoya bilər.
Şir
- sayıq olun. Xırdalıqlarla detallara fikir verin. Ətrafınızdakı
insanların diqqət vermədikləri faktları nəzərdən qaçırmayın. Son vaxtlar
yaşamınızda baş verən xoşagəlməz hadisələrin real məzmununu anlamaq
imkanları yaranıb. Prioritetlərlə dəyərləri saf-çürük edin. Yeni
maraqlar formalaşa bilər.
Günün ikinci yarısında işgüzar
səfər və ya səyahət pis alınmayacaq. Peşəkar fəaliyyət müstəvisində
yaranan problemləri həll etməkdə sizə yardımçı olacaq insanlar tapın.
Şəxsi münasibətlərdə müsbət dəyişikliklər ehtimalı azdır.
Qız
- maraqlı, uğurlu və parlaq gündür. İşdə irəliləyişə nail ola
bilərsiniz. Maliyyə məsələlərində sərvaxt olun, yaranan şanslardan
maksimum istifadə edin. İşgüzar danışıqlar pis keçməyəcək.
Opponentlərinizin dəyişməz mövqe tutduqlarını düşünsəniz də,
mövqelərinizdən geri çəkilməyin.
İntuisiyanıza güvənin.
Hisslərə qapılmayın, emosiyaların təsiri altında hərəkət etməyin. Belədə
dəyər verdiyiniz insanla münasibətləri bərpa edə bilərsiniz. Bilik və
informasiyaların artırılması üçün pis vaxt deyil. Əldə etdiyiniz
məlumatdan bəhrələnin.
Tərəzi -
fəaliyyətdə ehtiyatlı olun. İşlərdəki problemlər məzmun baxımından
ciddidir. Onları təkbaşına çözəndə səy göstərməli olacaqsınız. Etibar
etdiyiniz insan yanınızda deyil. Şübhəli avantüralara qatılmayın.
İntriqa və risklərdən uzaq olun.
Həddən ziyadə şübhəli
olsanız, dostlar və tərəfdaşlarla münasibətlərinizdə sərinlik yarana
bilər. Nüfuzlu insanlarla təmaslar üçün münasib gün deyil. Ciddi
məsələlərin müzakirəsini ertələyin.
Əqrəb
- çətinliklərdən xali olmayan gündür. Lakin ruhdan düşməyin, bədbinliyə
qapılmayın. Sizi maraqlandıracaq işlər, həllini tələb edən yeni
məsələlər tapın. Pis fikirləri unudun. İşgüzar danışıqlar pis
keçməyəcək, məhsuldar olacaq. Mövqeləriniz barədə qarşı tərəfə
təfərrüatlı şəkildə bəhs edin.
Günün ikinci yarısında
yenilikləri əxz etməyi, biliklərinizi genişləndirməyi, təcrübənizi
artırmağı unutmayın. Karınıza gələ biləcək məlumat alacaqsınız. Səfər və
ya səyahət uğurlu olacaq. Yeni təəssüratlar sizi real addımlara və qəti
qərarlara sövq edir.
Çoxdan bəri planlaşdırdığınız işi həyata keçirməyə başlayın.
Oxatan -
səhər saatları mühüm işlər, önəmli görüşlər və danışıqlar üçün
münasibdir. Tərəddüd etmədən irəliləyin, məqsədə çatmağa çalışın.
Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Problemlərin
həllini təxirə salmayın.
Günün ikinci yarısında kiçik problemlər sizdə çaşqınlıq yaratmasın. Bədxahlar sizə çox ağır zərbə vurmaq istəyirlər.
Axşam saatlarına yaxın ünsiyyətlərdə sayıq olun. Təmaslarda sərvaxt davranın, ehtiyatı əldən verməyin.
Səmimiyyət, açıqlıq və sözü üzə demək yanlış dəyərləndirilə bilər.
Oğlaq
- yeni işlərə başlamaq üçün əlverişli zamandır. Yaradıcıldıq
potensialının səviyyəsi yüksəkdir. Yeni ideyalar az deyil. Niyyətinizi
reallaşdırmaq üçün yaxşı imkanlar var.
Lider məziyyətlərinizi nümayiş etdirin. Yaxın ətrafınızdakı insanlar sizə can atacaqlar. Uğurlu, fəal, qətiyyətli olun.
Günün
ikinci yarısında münasibətlər maraqlı və dolğun ola bilər. Həyatınızda
xeyli əvvəl yaşanmış hadisənin əks-sədasını hiss edəcəksiniz.
Şübhələr və nigaranlıq əhvalınızı korlamamalıdır.
Dolça
- gün sizi mürəkkəb problemlərlə qarşılaşdırsa da, onların öhdəsindən
gələcəyinizə şübhə etməyin. Köhnə dostlar, yeni tanışlara yardım üçün
müraciət etsəniz, yanılmayacaqsınız. Ağıllı olun, emosiyalara uymayın.
Bədxahlardan biri xəbəriniz olmadan sizi smartfonu ilə çəkə bilər. Onun niyyəti çirkin və məkrlidir.
Gəlirlər, dəyərli hədiyyələr istisna deyil.
Günün
ikinci yarısı dostlarla görüş, həmkarlarla qeyri-rəsmi şəraitdə
ünsiyyət üçün pis deyil. Romantik münasibətlərlə bağlı tələskənliyə yol
verməyin. Bu sahədə uğur gözləməyin.
Axşam saatlarında ailədə kəskin mübahisə yarana bilər.
Balıqlar
- səhər saatlarında çətinliklər yarana bilər. Lakin saatlar keçdikcə
müsbət təmayüllərin təsiri artacaq. Mahiyyət etibarilə uğurlu gündür.
Qətiyyətli olun, qarşınıza qoyduğunuz məqsədlərdən geri çəkilməyin.
Hətta ən çətin, mürəkkəb situsiyada yolunuzdan sapmayın.
Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın. Əvvəlcədən hazırlanmış plana riayət edin.
Axşam
saatlarına yaxın müsbət emosiyalar olacaq. Yaxşı xəbərlər alacaqsınız.
Bəzi hadisələr sizi mühüm addımlar atmağa vadar edəcək. Yaxınlarla dil
tapmaq çətin olsa da, ciddi münaqişə və qarşıdurmaların səbəbkarı
olmayın.
Milli.Az