Unibank əməkdaşı Avropa çempionudur
20.6.2014

Unibank-ın Regional problemli kreditlər şöbəsinin ( Gəncə ) əməkdaşı Balı Hacıyev 12- 15 iyun tarixlərində Bakıda keçirilən Powerlifting idman növü üzrə Avropa cempionatının qalibi olub.

Ştanqı yerdən dartma hərəkətində 330 kg ağırlığın öhdəsindən gələn Unibank əməkdaşı, qızıl medala layıq görülüb. Çempionatında 100 kq çəki dərəcəsində üç hərəkətin cəmində 960 kq ağırlığın öhdəsindən gələn çempionumuz, bu mərhələyə görə, yarışın gümüş medalını da qazanıb.

Publika.az