Qoç - gün uğurlu olacaq. Qətiyyətli olun. Şübhələr
və nigaranlığın əsirinə çevrilməyin. Tərəddüd edən insanlarla
müqayisədə daha ciddi uğurlar əldə edəcəksiniz. İşdə başqalarının çözə
bilmədikləri problemi həll edə bilərsiniz. Karyerada irəliləmək şansları
var.
Maliyyə fonu uğurludur. Əhəmiyyətli məbləğdə gəlir əldə etmək şansları yaranacaq. Qəfil təkliflərdən imtina etməyin.
Ünsiyyətə çox vaxt sərf etməyin, əks təqdirdə darıxacaqsınız.
Buğa
- günün əksər hissəsi mənfi təmayüllərin təsiri altında keçəcək. Ciddi
itkilər və səhvlər riski var. Məşğul olmağa çalışdığınız işlər nə qədər
ciddi olarsa, diqqətiniz bir o qədər çox olmalıdır. Saatlar keçdikcə
sayıqlığınız artmalıdır.
Yalnız öz maraqlarınızın təminatına
çalışmayın. Əks təqdirdə yaxın ətrafınızdakı insanlarda kəskin narazılıq
yaradacaqsınız. Səfər və ya səyahətə yollanmaq məsləhət deyil.
Karyeranızın asılı olduğunu insanlarla münasibətləri gərməyin. Sərt və
aqressiv danışmayın.
Emosional davranış münasibətləri korlaya bilər.
Əkizlər
- pis gün deyil. Uğurlar səylərə mütənasib olacaq. Önəmli işi başa
vurmaq və ya ağır problemi həll etmək istəyirsinizsə çalışmağa hazır
olun. İntuisiyanız kəskin olmalıdır. Onun siqnalları peşəkar fəaliyyət
müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdəki problemləri aradan
qaldırmağa kömək edəcək.
Yeni tanışlıqlar üçün pis gün deyil.
Münasibətlərdə aktiv olmağın gərəkdiyi insanla uzaq durmağınıza tələbat
duyulan şəxsi müəyyənləşdirin.
Axşam saatlarında dəvət aldığınız yerə yollanın. Ünsiyyətdə diqqətli və səmimi olun.
Xərçəng
- hər şey istədiyiniz kimi getməsə də, nikbinliyi itirməyin. Bədbinliyə
qapılmasanız, ciddi uğurlar əldə edə bilərsiniz. Yaxın ətrafınızdakı
insanlar sizdən yardım gözləyirlər. Yaxşı ideyaların həyata
keçirilməsində enerjili olun. İşdə həmkarlarla münasibətlərdə təmkinli
olun. Rəhbərliyin tapşırıqlarını yerinə yetirin.
İşgüzar
səfər uğurlu olacaq. Yeni tərəfdaşlar tapmaq, əlverişli anlaşmalara nail
olmaq mümkündür. Şəxsi münasibətlərdə hər şey yaxşı deyil. Münaqişələrə
yol verməyərək münasibətləri qorumaq üçün sağlam məntiqlə davranın.
Güzəştə getməyi bacarın.
Şir -
çətin gündür. Günün ilk yarısında nikbin olun, ruhdan düşməyin. Yaranan
problemləri həll edin, işləri təxirə salmayın. Süst davranaraq fatuma
bel bağlasanız, şansı əldən verəcəksiniz. Maliyyə məsələlərində
ehtiyatlı olun. İmkanınızdan artıq pul xərcləməyin.
Hansısa
mühüm məsələləri yaxınlarınızla müzakirə etməyə dəyməz. Yaxın gələcəyə
hesablanmış perspektiv planları tam hazırlamamış onları açıqlamayın.
Bütün diqqəti cari işlərə yönəldin, fikir ayrılıqları və ixtilafların
banisinə çevrilməyin.
Axşam saatlarında rahat istirahəti seçin.
Qız
- mühüm hadisələrdən xali gündür. Qətiyyətli addımlar atmazdan əvvəl
düşünün, bütün mənfi və müsbət yönləri hesablamağa çalışın. Çox önəmli
işin həyata keçirilməsini bir qədər ertələsəniz, pis olmaz. Peşəkar
fəaliyyət sahəsində gələcəyinizin asılı olduğu insanla görüşü təxirə
salın. Gəlirlər azdır, amma var.
İnfantil olmayın,
yaşananlara başdansovdu yanaşmayın. Münasibətlərə dəyər verin,
məsuliyyətli olun. Təyin etdiyiniz görüşü unutmayın.
Tərəzi -
çətin, mürəkkəb gündür. Çalışdığınız sahənin bütün məqamlarında
problemlər yarana bilər. İşdə həmkarlar və rəhbərliklə fikir
ayrılıqlarını ciddiləşdirməyin. Emosiyalarınıza nəzarət edin. Hadislər
belə davam edərsə, sonradan normal münasibətləri bərpa etmək çox çətin
olacaq.
Ünvanınıza səslənən tənqidə və iradlara aqressiv
reaksiya verməyin. Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Uğur əldə edə
bilmədiyinizi düşünməyin. Sizə dəstək olacaq insana ehtiyacınız var.
Əqrəb
- önəmli işləri təxirə salmayın. Səhər saatlarında müsbət təmayüllərin
təsiri güclü olsa da, saatlar keçdikcə zəifləyəcək. İşgüzar danışıqlar
və müzakirələr keçirmək üçün əlverişli zamandır. Peşəkar fəaliyyət
sahəsində təşəbbüskar olun. Biznes-ideyalarınızdan bədgüman qalmayın.
Alış-veriş üçün münasib zamandır.
Yeni tanışlıqlarda sayıq
olun. Yeni işgüzar münasibətlər, yeni iş istisna deyil. Yaşamınızda
müsbət dəyişikliklər kiçik, amma xoşdur.
Axşam saatları ailəvi tədbirlər, qonaq qəbul etmək üçün münasibdir.
Oxatan
- bütün diqqəti işə yönəldin. Nigaranlıq, təlaş və həyəcanda heç bir
xeyir yoxdur. Məhsuldar çalışın, işlərdə ləngimələrə yol verməyin.
Belədə rəhbərlik və ya tərəfdaşlar sizi dəyərləndirəcəklər. Karyeranızın
inkişafı və ya maaşınızın artırılması ilə bağlı məsələləri qeyri-formal
şəraitdə müzakirə etmək olar.
Axşam satlarına yaxın mənfi
təmayüllərin təsiri güclənəcək. Yaxınlarınızla münaqişə riski var.
Emosional durumunuz pisdir. Stresslərə əsir düşməyin. Səhhətinizə fikir
verin.
Oğlaq -
əlverişli və yaxşı gündür. İntellektual potensialınızın səviyyəsi
yüksəkdir. Ən çətin problemlərin, ağır müşküllərin öhdəsindən gələ
bilərsiniz. Bilik və bacarıqların artırılması, yeni informasiyaların
əldə olunması üçün münasib zamandır. Peşəkar fəaliyyət və yaşam
təcrübəsindən yararlana biləcəyiniz insanlarla sıx təmaslarda olun.
Birgə çalışdığınız insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can
atın. Yeni dostlar və müttəfiqlər qazana bilərsiniz.
Axşam saatlarında başlana biləcək romantik münasibətlər harmonik olacaq. Yaxınlarınızı sevindirin, onların qayğısına qalın.
Dolça
- bir qədər əvvəl başladığınız işləri tamamlayın. Yarımçıq iş qoymayın.
Aktiv, enerjili, iradəli olun. Yaxın ətrafınızdakı insanların çox uzun
müddətə həll edə biləcəyi məsələni qısa müddətdə çözə bilərsiniz.
Müttəfiq və ya tərəfdaşların yardımlarından bəhrələnin.
Yaxınlarınız barədə düşündüklərinizi sərt formada deyərək onların xətrinə dəyməyin.
Axşam saatları gəzinti, aktiv istirahət üçün əlverişlidir.
Balıqlar
- əvvəlcədən hazırladığınız plan çərçivəsində hərəkət edin. Əlverişli
zamandır. Fəaliyyət sahəsində irəliləyə bilərsiniz. İntuisiyanıza
güvənin. İşgüzar münasibətlər müstəvisində çaş-baş qalmayın. Etibarlı
müttəfiq ola biləcək insanı tez müəyyənləşdirin.
Tənbəllik
etməyin, süstlüyə qapılmayın. Məqsədə çatmaq üçün əlverişli vasitələr və
yollardan istifadə edin. Nə qədər tələbkar olsanız, uğurlar bir o qədər
əhəmiyyətli olacaq.
Milli.Az