Rusiyalı alimlər 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində maraqlı araşdırma aparıblar. Rusiya KİV-nə istinadən verilən xəbərə görə, onlar bayram günü qadınların daha çox hansı hədiyyəni almaq arzusunda olduqlarını üzə çıxarıblar. Məlum olub ki, zərif cins nümayəndələrinin 45%-i 8 Martda gül-çiçək gözləyir. Həmin gün xanımlara gül hədiyyə etmək niyyətində olan kişilər isə 54%-dir. Başqa sözlə, qadınların bu arzusu artıqlaması ilə həyata keçir.
İkinci yerdə bəzək və zinət əşyalarıdır. 8 Mart günü belə hədiyyə almağı arzulayan qadınlar 23%, belə hədiyyə verməyi düşünən kişilər isə yalnız 12%-dir.
Xanımların 13%-i bayramda əks cins nümayəndələrindən kosmetika və parfümeriya gözləyir. 19% kişi də xanımlara məhz bu tip hədiyyə etməyə üstünlük verir.
Rəyi soruşulan xanımların 13%-i bildirib ki, o, hədiyyənin pulunu almağa daha çox üstünlük verərdi. 8 Martda xanıma hədiyyə olaraq pul vermək fikrində olan kişilər isə cəmi 6% təşkil edir.
Milli.Az