Gənclərimiz Avropanı fəth etdi
23.6.2014

Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı başa çatıb.

Güləşçilərimiz çempionatda ümumilikdə 4 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.

İlk olaraq çempionatda mübarizəyə başlayan sərbəst güləşçilərimiz 1qızıl və 1 gümüş medal əldə edib. Nurməhəmməd Hacıyev (84 kq) bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. Murad Süleymanov (66 kq) isə gümüş medalla kifayətlənib. Yığmamız komanda hesabında 5-ci sırada qərarlaşıb.

Gənc qızlardan ibarət yığma komandamızın üzvləri çempionatda 1 gümüş və 2 bürünc medal qazanıb. Elmir Qəmbərova (63 kq) yalnız final görüşündə uduzub və gümüş medala sahib olub. Türkan Nəsirova (44 kq) və Raqnetta Qurbanzadə (67 kq) isə bürünc medal qazanıb. Bu nəticə ilə, yığmamız komanda hesabında 5-ci yerdə qərarlaşıb.

Çempionatın son iki günündə mübarizəyə qoşulan yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri 3 qızıl medal əldə edib. İbrahim Nurullayev (50 kq), Murad Məmmədov (55 kq) və İslam Abbasov (84 kq) bütün rəqiblərindən üstün olub və fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Ümumilikdə 45 xal toplayan yığmamız komanda hesabında Rusiya və Gürcüstandan sonra 3-cü olub.

gun.az