İspaniyanın gənc və tanınmış
modellərindən biri olan Olalla Oliveros təmtəraqlı həyatdan imtina
edərək rahibəliyə üz tutub. Son zamanlaradək yaraşıqlı model
fotoçəkilişlərdə, film və reklam çarxlarında iştirak edib.
Model qızın kilsəyə üz tutub rahibəliyi seçməsi moda tarixində ilk
hal deyil. Belə ki, 2005-ci ildə kolumbiyalı Amada Rosa Perez də rahibə
olmaq üçün modellik həyatı ilə vidalaşmışdı.

publika.az