Qoç - günün ilk yarısında əhvalınız, çətin ki,
nikbin olsun. Çətinlikləri olduğundan artıq dəyərləndirməyin. Yaranmış
situasiyadan çıxış yolunun olmadığını düşünməyin. Axşam saatlarına qədər
hər şeyi çox mürəkkəb saymayın. Mürəkkəb, əhəmiyyətli işlə məşğul olun.
Saatlar
keçdikcə baxışlarınız və davranışınız dəyişəcək. Enerjiniz artacaq.
Yeni ideya olacaq. Maraqlı xəbər alacaqsınız. Həmin xəbərdəki müəmmanı
çözməyə çalışın.
Buğa
- gərəkli insan və ya təşkilatla münasibətlər yaxşılaşa bilər. Lakin
tam razılığa nail olmaq və ziddiyyətləri aradan qaldırmaq üçün əlverişli
zaman deyil. Bunu anlayın, əks təqdirdə səyləriniz hədər gedəcək. Yaxın
ətrafınızdakı insanların istədikləri kimi davranmaq hüquqlarına malik
olduqlarını anlayın. Belədə rahatlaşacaqsınız. Problemlərin yoluna
qoyulması üçün zaman gərəkdir. Axşam saatlarında yorğunluğun ən yaxşı
terapiyası şəraitin dəyişdirilməsi və ya maraq dairəsində yeniliklərdir.
Normal istirahət etməyə çalışın.
Əkizlər -
günün əsas hissəsini rutin işlər təşkil edəcək. Əgər nəyə görəsə rəsmi
məsuliyyət daşımırsınızsa və muzdla çalışmırsınızsa, sizi müşkül
məqamlar gözləyir.
Saatlar keçdikcə öhdəliklər və cari işlər
azalacaq. Başqalarından təşəbbüs gözləməyin, aktiv olun. Sonradan
problemlərin yaranmasının qarşısını bəribaşdan almaq üçün sizə təklif
olunan plana razılaşmayın. Şübhə və tərəddüdlərinizi dərhal açıqlayın.
Xərçəng
- qarışıq işlər tam müəyyənlik və dəqiqlik tələb edir. Yorucu,
usandırıcı stereotipləri dağıtmaq gərəkdir. Yaxın günlər üçün planları
dəqiqləşdirin. Fəaliyyət və yaşam şəraitini dəyişmək olar. Etibar
etmədiyiniz insanlarla çalışmayın. Şübhə doğuran insanlarla yolları
ayıra bilərsiniz. Kiçik nüanslar və detallar vaxtınızı almasın. Əsas
məqsəddən yayınmayın. Bütün hadisələri əvvəlcədən müəyyənləşdirmək,
təxminləmək mümkün deyil. Axşam saatlarında xoş xəbər ala bilərsiniz.
Şir -
səhər saatlarından etibarən məhdudiyyətlər və bədbinliklə işlərə
qatılmayın. Situasiyanın şərtləri ağırdır. Onları nəzərə almadan
çalışmayın. Məqsədə doğru aparan yolda yaranan elementar çətinliklər
sizə aşılmaz sədlər təsiri bağışlamasın. Rutin, yeknəsək işlər sonsuz
deyil.
Vəziyyət ümidsiz deyil. Axşam saatlarına yaxın tunelin
sonunda işıq görünə bilər. Reallaşması mümkün olmayan arzulara
qapılmayın. İllüziyalar aləmini reallıqdan ayırın. Perspektivlər
nikbindir.
Qız - səhər
saatlarından etibarən yaranan problemlər təcili həllini və dərin
araşdırılmasını tələb edir. Səfərlər yorucu ola bilər. Yaşam qarşınızda
yeni sədlər yaradacaq. Saatlar keçdikcə şərait kəskin şəkildə dəyişə
bilər. Bəzi planlardan imtina etməli olacaqsınız. Ailə üzvlərinizdən
biri ilə bağlı xəbər alacaqsınız və bu xəbər situasiyanı daha da
ağırlaşdıracaq. Qeyri-müəyyənlik şəraitində yaxınlarınızdan
planlarınızı, istəklərinizi gizlətməyin. Birgə fəaliyyətlə bağlı
razılaşma əldə etmək olar.
Səbrli, təmkinli olun.
Tərəzi
- maddi durumunuzu yaxşılaşdırmağa çalışın. Qətiyyətli, səbrli olun.
Bunun üçün aktiv səylər göstərmək gərək deyil. Təmkinli olun, bəzi
adamların təxribatlarına uymayın. Saatlar keçdikcə vəziyyət daha da
rəngarəg olacaq, yeni insanlarla tanış olacaqsınız. Hadisələrdə
arzuolunan dinamika peyda olacaq.
Kimsə sizə zəng edəcək.
Yazışma və ya yola çıxmaq zərurətinin yaranması istisna deyil. Axşam
saatlarındakı tanışlıq şanslarını diqqətdən kənarda saxlamayın. Belə
ünsiyyətlər maraqlı ola bilər.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Əqrəb
- neqativ münasibətlər və fikirlər sizdə bədbinlik yaratmasın.
Əhvalınızın pisləşməsi üçün yetərincə səbəb yoxdur. Üzləşdiyiniz
problemlərdə yaxın ətrafınızdakı insanları suçlamayın. Şəraitin girovuna
çevrilməklə yanaşı, eqoizm, qorxu, qətiyyətsizlik, zərərli vərdişlərin
köləsi olmayın. Axşam saatlarına yaxın şəraiti dəyişmək olar.
Dünyagörüşünü artırmaq, təcrübəni səbatlı etmək, informasiyaları
çoxaltmaq olar.
Maraqlı saydığınız insanlarla ünsiyyətdə
olun, kitablar oxuyun, dəvət aldığınız tədbirlərə qatılmaqdan boyun
qaçırmayın. Həqiqəti yalandan ayırmağa çalışın.
Oxatan -
günün əksər hissəsində təkbaşına çalışmalı, müstəqil olacaqsınız.
Xoşagəlməz emosiyalar və bədbinlik sizdə ruh düşkünlüyü yarada bilər.
Problemləri həll etmək əvəzinə, onları daha da ağırlaşdıraraq süstlük və
tənbəllik etməyin. Yaxın ətrafınızdakı insanlarla ünsiyyəti
gücləndirin. İnandığınız insanlardan birini sıx tərəfdaşlığa, effektiv
əməkdaşlığa dəvət edə bilərsiniz. İnformasiya mübadiləsi və öz fikrinizi
söyləməyin vaxtıdır.
Axşam saatlarına yaxın internet əsas
ünsiyyət vasitəsinə çevrilə bilər. İmkan varsa, evdən kənarda istirahət
etməyə səy göstərin.
Oğlaq -
əvvəlcədən hazırladığınız planlardan və ideyalardan imtina edərək onları
ölü konstruksiyalara çevirməyin. Bəzi planları dəyişmədən irəliləməyə
çalışın. Bəzi təfərrüatlar və detalların yenilənməyə ehtiyacı var.
Zərurəti qulaqardına vurmayın.
Təcrübəli insanlardan məsləhət
almağı unutmayın. Peşəkar fəaliyyət müstəvisindəki bəzi dəyişiklikləri
təxirə salmaq olmaz. Yenilənmələr bir gündə mümkün deyil. Amma indidən
fəaliyyətə başlamaq olar.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Dolça
- dostlar və tanışların yardımlarından imtina etməyin. İmkanlarınızın
məhdud, resurslarınızın az olduğunu düşünərək planlardan boyun
qaçırmayın. Çox yəqin ki, yanlış yerdə qərarlaşıbsınız. Axtarış
müstəvisini genişləndirin. Orijinal ideyanızı reallaşdırmaq üçün
tərəfdaş və ya müttəfiqi müəyyənləşdirin. Səhv riski olsa da,
irəliləyin. Yerinizdə durmayın, aktiv olun
Kiçik problemlərin önəmini artırmayın. Baş tutmayan planları unutmayın. Axtardığınız insan sizi gözləyir.
Balıqlar -
səhər saatlarından etibarən bədbinliyə qapılaraq problemlərin
qarşısından geri çəkilməyin. Əvvəlcədən müəyyənləşmiş planlar
çərçivəsində fəaliyyət göstərin. Hədəf və məqsədləri dəqiqləşdirin.
Dürüst fəaliyyət məcrası olmadan irəliləmək çətindir. Müxtəlif fikirləri
öyrənin, variantları müqayisə edin. Yeni ideya sizə gəlir gətirə bilər.
İşlərdə yeni perspektivlər yaranır. Şəxsi həyatınızda nəyisə dəyişmək
olar.
Axşam saatlarında aktiv istirahəti seçin.
Milli.Az