Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı ərazisində naqilsiz Wi-Fi əlaqəsinin yaradılmasına dair tədbirlər planı hazırlayıb.
Bu barədə bazar ertəsi Azərbaycan telekommunikasiya bazarından bildirilib.
Həmsöhbətin fikrinə görə, hal-hazırda onun realizə aspektləri müzakirə edilir. Naqilsiz girişin genişləndirilməsi üzrə işlər yaxın zamanlarda başlayacaq. Naqilsiz internetə giriş respublikanın telekommunikasiya strukturunun “Bakı-2015” Olimpiya oyunlarına hazırlıq çərçivəsində həyata keçirilir.
“Layihə genişmiqyaslıdır və paytaxtın bütün ictimai yerlərində internetə Wi-Fi texnologiyaları ilə qoşulmağı nəzərdə tutur. İnternetə park, stadion, ticarət-əyləncə mərkəzlərində və d. yerlərdə qoşulmaq mümkün olacaq. Yaradılan infrastruktur gələcəkdə Wi-Fi xidmətlərinin daimi istifadəsi üçün təqdim ediləcək”, - mənbə deyib.
Naqilsiz Wi-Fi qoşulması istifadəçilər üçün ən uyğun olanıdır, belə ki, bazarda məhz bu standarta uyğun qurğu (noutbuk, telefon, smartfon) daha çoxdur.
Oxu.az