ASAN Könüllüləri Gənclər Təşkilatının təşəbbüsü ilə Azərbaycanda ilk dəfə çağırışçı gənclər arasında “Qarabağ” Peyntbol Turniri keçiriləcək.
"ASAN xidmət" mərkəzindən verilən məlumata görə, iyunun 25-də vətənpərvərliyin, hərbi xidmətin gənc çağırışçılar arasında təşviq edilməsi məqsədi ilə ASAN Könüllüləri Gənclər Təşkilatı və Azərbaycan Peyntbol Federasiyasının birgə təşkilatçılığı ilə Şüvələn qəsəbəsində yerləşən ARENA İdman klubunda Azərbaycan Silahlı Qüvvələri gününə və Silahlı Qüvvələrin yaradılmasının 96 illiyinə həsr olunmuş “Qarabağ” Peyntbol Turniri keçirəcək.
Turnirdə 8 komandanı təmsil edən 40 çağırışçı gəncin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, forma və məzmununa görə bu cür turnir ilk dəfə keçirilir və təşkilatçılar tərəfindən davamlı olaraq keçirilməsi planlaşdırılır.
Turnirin final və mükafatlandırma mərhələsi saat 15:30-da başlanılacaq.
ANS PRESS