Axtarış
Başqa şəhərlərdə
Rəssam Emma Hak ecazkar ustalığa malikdir. O, çılpaq modellərin vücudlarına boya çəkir, naxışlar vurur və onları yanlarında durduqları fondan faktiki olaraq seçilməz edir. Emma populyar müğənni Qotyenin "Somebody That I Used To Know" mahnısının videoklipində də məharətini göstərib. Avstraliyalı rəssam sabah Londondakı "Rebecca Hossack Art Gallery" incəsənət qalereyasında tamaşaçıların gözü qarşısında modeli naxışlarla bəzəyərək onu "gözəgörünməz" edəcək. "Modellə birlikdə studiyaya yollanmazdan əvvəl səyahətlərimdə çəkdiyim fotolara bir daha nəzər salıram. Fotodakı mənzərəni və ya obyekti "dərk edəndən" sonra ideya yaranır və modelə naxışlar vurmağa başlayıram. Proses 8-15 saat davam edir", - Emma Hak deyib. Milli.Az
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.