Son üç əsrin ən isti may ayı bu il yaşadığımız may olub. Ən azından, amerikalı alimlər belə hesab edirlər.
1880-ci ildən bəri belə temperatur müşahidə olunmayıb.
Alimlər iddia edirlər ki, bu ilin may ayında bütün dünyada havanın orta hərarəti +15,54°C olub.
Bundan əvvəlki rekord isə 2010-cu ildə qeydə alınmışdı.
May ayının ən isti keçdiyi ölkələr isə İndoneziya, Qazaxstan və Avstraliya olub.
Milli.Az