Qoç - gün qarşınızda yeni imkanlar yaradır.
Qərarları qəbul edəndə tərəddüd etməyin, qətiyyətli və iradəli olun.
Təşəbbüskarlıq heç pis olmazdı. Macəralar aramayın, riskli işlərə
başlamayın. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə diqqətli olun,
radikallıq etməyin. Rəğbət bəslədiyiniz insanlarla təmaslarda diqqətli
davranın.
Axşam saatlarında qarşınıza çıxan insanlar arasında
gələcək müttəfiqlər və tərəfdaşlar ola bilər. Estetik zövqlərinizi
nəzərə alaraq seçim edin.
Buğa -
stereotiplərdən qurtulun. Davranışızda nəyisə dəyişməyə, yeni fəaliyyət
sahəsini seçməyə risk edin. İmicin dəyişdirilməsində fayda var. Yeni
şərait, orijinal ideyalar irəliyə doğru təkan ola bilər. Saatlar
keçdikcə qarşınızda yeni perspektivlər yaranır.
Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə mühafizə instinktini unutmayın. Sayıq, diqqətli olun.
Boş
vədlərə, ilk baxışdan cazibədar təkliflərə və dumanlı sözlərə
inanmayın. Əhəmiyyətli ideyaların bəzilərini diqqətlə araşdırmaq olar.
Əkizlər
- səmimi və qayğıkeş olun. Yaxın ətrafınızdakı insanlara həddən artıq
inanmayın. Sadəlövh davranmayın. Ən yaxın saydığınız insan sizə özündən
asılı olmayan səbəblərdən sərt sözlər deyəcək. Əksini sübut etməyə
çalışaraq həddinizi aşmayın.
Yaxın ətrafınızdakı insanlarla
münasibətlərdə diqqətli, həssas olun. Qarşınıza qoyduğunuz məqsədə
çatmaq üçün məntiqli saydığınız bütün vasitələrdən istifadə edə
bilərsiniz.
Xərçəng - qarışıq, laübəli,
mürəkkəb gündür. Tələskənliyə qapılaraq vurnuxma yaratmayın. Yaranan
situasiyaya dürüst reaksiya verin. Qeyri-adi şəraitdə çaş-baş qalmayın,
yaxın ətrafınızdakı insanların qəfil tələblərinə və istəklərinə diqqətli
yanaşın. Ailə üzvlərinin dediklərinə soyuq yanaşmayın. Bəzi prinsiplər
və ya dünyagörüşünüzün "beton" məqamlarından müvəqqəti əl çəkməli
olacaqsınız. Mühafizəkar olmayın, yenilikləri sürətlə əxz etməyə
çalışın.
Şir - qarşınıza
qoyduğunuz məqsədləri konkretləşdirin. İndiyədək həyata keçirməyə
çalışdığınız, amma buna nail ola bilməyəcəyiniz ideyaları reallaşdırmaq
zamanıdır. Ailə üzvləri, yaxınlarınız, yaradıcılıq həmfikirlərinizlə
daha çox vaxt keçirin. Orijinal ideyanı dostlarla bölüşə bilərsiniz.
Kiçik problemlər və ya xoşagəlməz detallar məqsədlə doğru hərəkətinizə
mane olmamalıdır. Başqalarının niyyətlərini təhlil edərkən mövqelərinizə
kobud təsirin qarşısını alın. Sizinlə manipulyasiya etməyə çalışan
insanın abdallığının qarşısını alın. Diqqət və etimadınıza layiq
insanların yanında olun.
Qız -
ailədə baş verən hadisələr diqqət mərkəzində olacaq. Yeni ideyaların
reallaşdırılması üçün əlverişli zamandır. Qonaq qəbul edərkən səmimi,
gülərüz olun. Münasibətlərdə romantik və intriqanın süni təzahürünə can
atmayın.
Riskli planda təhlükələr olsa da, gəlir imkanları az
deyil. Niyyət və ideyalarınızı aşkar deməyin mümkün olduğu yerdə
situasiyanı süni şəkildə ağırlaşdırmayın. Müəmmalı danışmayın,
istəklərinizi mücərrəd sözlərlə pərdələməyin. Belədə özünüzlə bağlı
birmənalı olmayan təəssürat yarada bilərsiniz.
Tərəzi
- günün ümumi fonu əlverişlidir. Təmaslar, ünsiyyətlər, xəbərlər
mübadiləsi üçün əlverişli gündür. Sizi qarşıda yeni təəssüratlar, fərqli
hisslər və emosiyalar gözləyir. Hadisələrin uğurlu gedişatına ani
qarışıqlıq, kiçik anlaşılmazlıqlar və səhhətinizdəki problem mane
olmamalıdır. Harasa gecikməyiniz, mühüm olan nəyisə unutmağınız istisna
deyil. Bəzi təmaslar və əlaqələr sizi təəssüfləndirəcək.
Situasiyanı dramatikləşdirməyin. Problemlərdə maraqlı anları araşdırın. Axı həyat da belə anlardan ibarətdir.
Əqrəb
- sövdələşmə, anlaşma, müzakirələr üçün pis zaman deyil. Hansısa addımı
atmağa tərəddüd edirsinizsə, təcrübəli insanların məsləhətlərinə qulaq
asın. Yaxın ətrafınızdakı insanları dinləyin, amma doğru saydığınızı
edin. Başqasının sözləri ilə davranmayın. Tələskənliyə yol verməyin.
Unutqan olmayın, yaxşı tanımadığınız insanlara inanmayın. Əks halda
maliyyə itkilərinə yol verəcəksiniz. Hətta ən mühafizəkar insanlardan
biri olsanız da, situasiyadakı yenilikləri mütləq şəkildə nəzərə
almalısınız.
Axşam saatlarında qeyri-standart istirahətə üstünlük verin.
Oxatan -
əsl istək və gerçək niyyətlərinizi dəqiqləşdirin. Əks təqdirdə
enerjinizin əhəmiyyətli hissəsini yanlış istiqamətdə sərf etməli
olacaqsınız. Bunun üçün çox düşünüb-daşınmayın, sürətli və qətiyyətli
hərəkətlərə üstünlük verin. Yaxın ətrafınızdakı insanların sözləri ideal
məsləhətlər deyil. Onların sözlərini dinləyin, fikirlərini anlamağa
çalışın. Amma müstəqil olun. Ailədəki situasiyanın müzakirəsi
anlaşılmazlığı yeni səviyyəyə çıxara bilər.
Sevdiyiniz insanın, ailə üzvlərinin könlünü almaq üçün yeni şanslar yaranıb. Bundan yararlanın.
Oğlaq
- yeni biliklər, məlumatlar və informasiyalar əldə etmək üçün əlverişli
gündür. Daha geniş dünyagörüşünə malik romantik fərd olmağa çalışmayın.
Adətən özünüzə yaxın buraxmadığınız şakər və adətlərə bu gün aludə
olmağa dəyməz. Ətraf mühitin və yanınızdakı insanların tam təsiri altına
düşmüş insana çevrilməyin.
Bəzi istəkləriniz təsadüfdür.
Onları yaradan məqamlar situasiya və ani zəifliklərinizdir. Mühüm
qərarlar qəbul etməyin. Fəaliyyət stilinizdə dəyişikliklər etsəniz, daha
yaxşıdır.
Aktiv olun.
Dolça -
ifrat yorğunluğa yol verməmək üçün fəaliyyətin optimal yolunu seçin.
Yeni təəssüratlar və fikirləri qulaqardına vurmayın. İdeyaları müzakirə
etmək olar. Yeni imkanlar yaranır. İndiki situasiyada həmin şanslardan
yararlanmağa can atın. Ciddi məbləğdə pul yatırmağa, sərmayəyə əl
atmağa, sizi maraqlandırmağa tələsməyin. Tanışlıq çevrənizi
genişləndirin. Kollektiv müzakirələrə qatılmaq olar. Mövqelərinizi
müdafiə edin.
Balıqlar - nə
etdiyinizə sonadək əmin olun. Səylərinizin effektivliyini azaltmayın.
Planlarınız və niyyətlərinizi yaxşı tanımadığınız insanlara əyan
etməyin. Əks təqdirdə naqolay situasiyaya düşə bilərsiniz. Mövqelərinizi
səbatlı edin ki, kənar və yad təsir altına düşməyəsiniz. Romantik
təxəyyül və illüziyaların əsirinə çevrilməyin. Tələbləriniz ifrata
varmamalıdır. Planlarınızın bəzilərini neytral sahələrdə reallaşdırmağa
səy göstərin.
İdeyalarınızı yaxşı təhlil edin.
Milli.Az