Onlar kənardan baxanda
iki zərif, çox incə zövqlə geyinmiş xanım təsiri bağışlayırlar. İncə
səsləri var və verilən suallara da təfərrüatlı cavab verməyə çalışırlar.
Amma onlar insan deyillər. "Kodomoroid" və "Otonarid" adlı bu robotlar droidlərdir.
Dünən Tokionun Miraikan səmtindəki
Texnika Muzeyində nümayiş olunan droidlər furor yaradıblar.
Silikon dəriləri, süni əzələləri olan bu droidlər uzaqdan idarə olunurlar.
Osaka Universitetinin professoru Hiroşi İsiquronun
dediyinə görə, özünün də droid versiyasını hazırlayıb: "İşim çoxdur və
müxtəlif ölkələrin universitetlərində mühazirələr oxumalı oluram. Bəzən
çatdırmıram. Ona görə də android oxşarımı hazırladım ki, bəlkə onu bəzən
öz yerimə harasa yollaya bildim".
Ekspertlər isə Arnold
Şvarsneggerin baş rolda çəkildiyi "Terminator" filminin ssenarisinin
artıq gerçəkləşə biləcəyini deyirlər. Süni intellekt, insanabənzər
robotlar, droid və androidlərin yaradılması istiqamətində tədqiqatlar
çox böyük sürətlə davam edir.
"Bu androidlər səlis
"danışa" bilirlər. Onlar ən müxtəlif səslərdən yararlanmaq imkanlarına
malikdir. Nümayiş olunan androidlər ilkin versiyalardır və onların
təkmilləşdirilməsi istiqamətində işlərimizi davam etdiririk", -
professor Hiroşi İsiquro deyib.






VİDEO
Milli.Az