“Azəriqaz” İstehsalat Birliyi (İB) borcu olan abonentlərə xəbərdarlıq edib.
“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qazdan istifadəyə görə yaranmış debitor borclarını iyun ayının sonunadək tam ödəməyən abonentlərin qaz təchizatı 2014-cü ilin 1 iyul tarixindən etibarən qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaqdır.
Birlik bir daha bütün abonentlərdən təbii qazdan istifadəyə görə yaranmış borclarını vaxtında və tam ödəməyi xahiş edir.
APA