Qazaxıstanın Astana şəhərindəki Türk Akademiyası tərəfindən hazırlanmış “GLOBAL-Turk” adlı yeni ekspert-analitik jurnalın ilk nömrəsi çapdan çıxmışdır.
Jurnalda türkdilli ölkələrin sosial-iqtisadi inkişafına, habelə həmin ölkələr arasında humanitar əməkdaşlıq məsələlərinə aid analitik məqalələrin nəşri nəzərdə tutulmuşdur.
Jurnalın redaksiya heyətinə Qazaxıstan, Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Yaponiya, ABŞ və Rusiyanın tanınmış alimləri, beynəlxalq təşkilatların və strateji mərkəzlərin rəhbərləri daxildirlər.
“Humanitar elmlər”, “Beynəlxalq münasibətlər”, “Sosial-siyasi proseslər” və “Tarix problemləri” bölmələrindən ibarət olan nəşrin birinci nömrəsində oxucular Qazaxıstan, Azərbaycan, Almaniya, Türkiyə və Özbəkistan alimlərinin tarix, türkologiya, iqtisadiyyat, miqrasiya və digər məsələlərə aid məqalələri ilə tanış ola bilərlər. Bu nömrəsində həmçinin dünya şöhrətli qazax yazıçısı Oljas Süleymenovun “Şumerdən Çinə qədər və sonra” adlı yazısı dərc edilmişdir.
Jurnala yazılmış “Ön söz”də deyilir: “Biz türk dünyasının elmi inteqrasiyasına gücümüz çatan dərəcədə töhfə verəcəyik”.
İki aydan bir işıq üzü görəcək jurnala materiallar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzvləri olan ölkələrin, həmçinin rus və ingilis dillərində qəbul edilir.
AzərTAc