Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin 145 illiyi qeyd edilmişdir
27.6.2014

İyunun 27-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Cəlil Məmmədquluzadənin ev-muzeyində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq, publisist, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 145-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbiri ev-muzeyinin direktoru Pərixanım Mahmudova açmışdır.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Cəlil Məmmədquluzadənin yaradıcılığı haqqında danışmışdır.

Tədbirdə, həmçinin BDU-nun professoru Alxan Bayramoğlu, Xalq Rəssamı Arif Hüseynov və digərləri mövzuya dair məruzələrlə çıxış etmişlər.

AzərTAc