Azərbaycanlı işadamı İraqa 30 milyard dollarlıq sərmayə yatırır
27.6.2014

Rusiyanın ikinci ən böyük şirkəti olan və azərbaycanlı iş adamı Vahid Ələkbərovun rəhbərlik etdiyi LUKoil şirkəti İraqın Qərbi Kurna-2 bölgəsi və cənubundakı digər ərazilərə 30 milyard dollarlıq sərmayə yatırmağı planlaşdırır.
Bu barədə şirkətin hasilat planlaşdırma üzrə məsul şəxsi Ravil Maganov bildirib.

LUKoil şirkəti bu il ötən ilə nisbətən 5% artımla 121 milyon ton hasilat planlaşdırır.

Qeyd edək ki, şirkət Qərbi Kurna-2-də neft hasilatına mart ayında başlayıb.Bu bölgədə 14 milyard barrel ehtiyat olduğu təxmin edilir. Hasilatın başlanması ilə əlaqədar mərasimdə LUKoilin prezidenti Vahid Ələkbərov, İraqın Neft naziri Əbdülkərim Lueybi və Rusiya baş nazirinin köməkçisi Arkadi Dvorkoviç qatılmışdı.

Qərbi Kurna-2-də neft hasilatı ilə bağlı ilk saziş 1997-ci ildə imzalanmışdı. 2002-də təxirə salınan müqavilə 2010-cü ildə İraqın yeni hökuməti tərəfindən yenilənib.

Buna görə 20 illik müqavilə 5 illik müddətlə avtomatik uzadıla biləcək.

Gün.Az