Gənclərin əksəriyyəti kimi, otağını yığışdırmaqdan uzaq olan Rayan
Kitçinq anasının məsləhətinə qulaq asandan sonra varlanmışdır.
O, otağını səliqəyə salaraq hər tərəfə səpələnmiş əşyalar arasında kiçik
çek tapmışdır. Çeki zibil qutusuna atmazdan əvvəl yoxlamaq qərarına
gələn Rayan onun uduşlu olduğunu anlamışdır.
Fevralın 8-də anası ilə birlikdə "Tesco" supermarketlərindən birinə
alış-verişə yollanmış Rayana verilmiş çek lotereya bileti olmuşdur.
İngiltərənin Midlotian səmtindəki Penikuikdə yaşayan Rayanın dediyinə
görə, lotereyada 52 min 981 funt-sterlinq udduğunu anlamışdır.
Rayan Facebook-dakı profilində yazmışdır ki, anam mənə otağımı
yığışdırmağı tapşırmasaydı, bu pulları da udmazdım. Əladır. Deməli,
ananın məsləhətlərinə qulaq asmaq adamı varlandırır.
AzərTAc