Bakıda gəlin və bəy yarmarkada - FOTO
27.6.2014

Bakıda keçirilən kitab yarmarkasında maraqlı anlar yaşanıb. Gəlin və bəy toy libasında yarmarkaya qatılıblar.

Kitab yarmarkası ötən gün baş tutub. Yarmarka Silahlı Qüvvələr günü münasibətilə Zabitlər parkında təşkil edilib.

Bu zaman parkda olan gəlin və bəy də yarmarka keçirilən əraziyə gəliblər. Nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu yeni ailə quran cütlüyə kitab bağışlayıb. Elif Şafaqın kitabı "Eşq" adlanıb.

Xatırladaq ki, yarmarka saat 21:00-a qədər davam edib. Yarmarkada kitablar 20 faiz endirimlə satılıb.









ANS PRESS