Bob Dilanin “Rollinq Ston kimi” (“Like a Rolling Stone”) mahnısının əlyazması Nyu Yorkda hərracda 2 milyon dollara satılıb.
Mahnının işlənmiş versiyası otel blankında karandaşla yazılıb. Kağızda karandaşla çəkilmiş heyvan və papaq şəkilləri var. Dilan bu mahnını 1965-ci ildə 24 yaşı olarkən yazıb. Mahnı daha sonra məşhurlaşıb və bir neçə dilə tərcümə olunub.
“Rollinq Ston kimi” II Dünya Müharibəsindən sonra yazılmış ən məşhur mahnılardan biridir.
axar.az