Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sərəncamı ilə
Masallının 2012-ci ildə “Azərbaycanın folklor paytaxtı” elan edilməsi
çərçivəsində rayonda beynəlxalq folklor festivalı keçiriləcək.
Bu barədə cənub bürosuna məlumat verən Rayon Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Lətifə Mövsümovanın sözlərinə görə, iyun ayında
keçirilməsi nəzərdə tutulan bu nüfuzlu sənət yarışmasında Bolqarıstan,
Kanada, Peru, Kuba, İtaliya, İran, Türkiyə, Özbəkistan, Gürcüstan və
Ukraynadan folklor kollektivləri iştirakı edəcək.
Sözügedən ölkələrə dəvətnamələrin göndərildiyini bildirən şöbə müdiri,
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu istiqamətdə lazımi köməklik
göstərildiyini qeyd edib: “Bir həftə davam edəcək festivalın əsasnaməsi
də hazırlanıb. İştirakçı kollektivlər üçün üzərində Masallı şəhərinin
emblemi və “Azərbaycanın Folklor Paytaxtı Masallı” yazılan köynəklər
sifariş edilib.
Festival çərçivəsində həmçinin suvenirlərin satış yarmarkasının,
müxtəlif növ əyləncəli proqramlarının, el sənətkarlarının əl işlərindən
ibarət sərgilərin də keçirilməsi nəzərdə tutulub”.
APA