9-cu sinfi bu il bitirənlərin kolleclərə ərizə qəbulu bu gün başa çatır
30.6.2014

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd verən bu ilin məzunlarına müraciət edib.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, ümumi orta təhsil bazasında (9 illik) cari ilin məzunları üçün (9-cu sinfi bu il bitirən) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu bu gün saat 23:59-da başa çatır. Sənəd qəbulu prosesinə mayın 12-dən başlanılıb.

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ixtisas seçimi 2-10 iyul tarixlərində aparılacaq. İxtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər iştirak edəcək.

APA