Özbəkistanın paytaxtı Daşkənddə inkassator maşını qəzaya düşüb. Qəza nəticəsində maşın aşıb, ciddi xəsarət alan olmasa da pullar küçəyə səpələnib.
Yoldan keçən sürücülər və piyadalar küçəyə səpələnən əskinasları toplamağa başlayıblar. Hüquq-mühafizə orqanları qəza zamanı səpələnən pullardan oğurluq olmadığını bildirir.
VİDEO
Oxu.az