Məşhur aktrisa yenidən ekranlara qayıdır
30.6.2014

Məşhur “Sex and the City” serialı ilə tanınan amerikalı aktrisa Sara Cessika Parker yenidən ekranlara qayıdır.

6 il boyunca (1998-2004) reytinqlərdə birinci olan filmdə Karrie Brədşou rolunu canlandıran aktrisa yeni “Busted” adlı serialda fərqli obrazda tamaşaçıların görüşünə gələcək.

Eyniadlı roman əsasında çəkilən serialın mövzusu Filadelfiyada ən böyük rüşvət qalmaqalını aşkara çıxaran jurnalistlərlə bağlıdır.

Rejissor Oskar və Emmi mükafatlarına layiq görülmüş Devid Frankel, ssenari müəllifi isə Don Roos olacaq.

Qeyd edək ki, 1997-ci ildə aktyor Matteu Broderik ilə ailə quran Sara Cessika Parkerin bir oğlu və əkiz qızları var. O, bir neçə bədii filmdə çəkilsə də, "Sex and teh City" serialından sonra heç bir serialda rol almayıb.

Gün.Az