ATGTİ Ümumdünya Gənclər Assambleyasında təmsil olunub
30.6.2014

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) icraçı direktoru Şəmsi Gülverdiyev Malayziyanın Malaka şəhərində keçirilən Ümumdünya Gənclər Assambleyasının (World Assembly of Youth - WAY) 14-cü Beynəlxalq Gənclər Dialoqunda iştirak edib.

ATGTİ-dən verilən xəbər görə, dünyanın müxtəlif ölkələrindən 250-yə yaxın gəncin bir araya gəldiyi tədbir çərçivəsində təmsilçimiz qloballaşan dünyada təhsil, bu sahənin problemləri və sosial fəaliyyət, gənclərin könüllü fəaliyyətdə iştirakı və s. mövzularda müzakirələrə qatılaraq, Azərbaycanda reallaşdırılan gənclər siyasəti, onun əsas prioritetləri və ATGTİ-nin irimiqyaslı layihələri haqqında məlumat verilib.

Gənclərdən toplanmış təşəbbüslər və təkliflər tədbirin yekun sənədində yer alacaq və Assambleyanın 2014-cü ilin sonuna qədər həyata keçiriləcək fəaliyyətini müəyyənləşdirib.

Tədbirdə həmçinin ATGTİ-nin Ümumdünya Gənclər Assambleyasına tamhüquqlu üzv seçilməsi və növbəti ildə Beynəlxalq Gənclər Dialoquna məhz Bakıda ATGTİ-nin ev sahibliyi etməsi məsələsi də müzakirə olunub.

Qeyd edək ki, Assambleya BMT-nin rəsmi tərəfdaşlarından biridir və BMT-nin gənclər proqramında önəmli təşəbbüslərə, rola malikdir.

Gün.Az