Qoç - maliyyə itkiləri istisna deyil. Qəfil
xərclər olacaq. Pulların bir qismini qaytarmaq üçün səy göstərmək
gərəkdir. İşdə rəhbərliklə ixtilaf istisna deyil. İş yerini dəyişmək
barədə düşünə bilərsiniz. Aktiv axtarışlar yaxşı nəticə verə bilər.
Emosional
fon yaxşı deyil. Qıcıqlı və sinirli olmayın. Yaxın ətrafınızdakı
insanlarla münasibətləri korlamayın. Sevdiyiniz insan səbrlidir. O,
əhvalınızı yaxşılaşdırmağa çalışacaq.
Buğa
- əhvalınızın korlanması üçün çox xırda məqam yetərlidir.
Emosiyalarınıza nəzarət edin, hisslərin əsirinə çevrilməyin. Ünsiyyətdə
xoş olmayan insanlarla təmas qurmalı olacaqsınız. Bu adamlara gerçək
münasibətinizi büruzə verməməyə çalışın. Gərəkli əşyaları tapmağa
çətinlik çəkəndə sinirlənməyin.
İşdə həmkarlarla dil tapmaq asan deyil.
Şəxsi
münasibətlər müstəvisində əhəmiyyətli qərarlar qəbul etmək üçün
əlverişli zaman deyil. Səhv riski böyükdür. Qəfil səfər və ya səyahət
istisna deyil. Yol çox vaxt aparacaq, xeyir verməyəcək.
Əkizlər
- ötənlər barədə çox düşünməyin. Nə qədər çox fikirləşsəniz, əhvalınız
bir o qədər çox korlanacaq. Yarımçıq qoyduğunuz işləri başa çatdırın.
Maraqlandığınız məşğuliyyətə vaxt ayırmaq zamanıdır. Yaradıcılıq
əhvalınızı yaxşılaşdıra bilər.
Günün ikinci yarısı dostlarla
ünsiyyətlər üçün əla zamandır. Yeni, xoş tanışlıqlar üçün əlverişli
zamandır. Yeni təmaslar macəra vəd edir.
Xərçəng
- eksperimentlər aparmayın. Qəfil ideyanı reallaşdırmaq üçün əlverişli
zamandır. Əvvəl başladığınız işi başa vurmaq məsləhətdir. Yeni işlərə
başlayarkən diqqətli olun. Qarışıqlıq və diqqətsizliyə yol verməyin.
Dostlarla fikir ayrılıqları istisna deyil. Ciddi münaqişələrin
alovlanmasına imkan verməyin.
Şəxsi münasibətlərdə təəssüflər
istisna deyil. Romantik münasibətlər istədiyiniz kimi alınmayacaq.
Sevdiyiniz insanın təmaslara verdiyi dəyər dəyişə bilər. Üstün
cəhətlərdən fərqli olaraq nöqsanlara daha çox önəm verin.
Şir -
nüfuzlu insanla uzun və yorucu mübarizəyə başlamayın. Düşmən güclü
olmaqla yanaşı, məkrli və rasionaldır. Bu adamla qarşıdurmadan yayınmağa
çalışsanız da, səyləriniz bir nəticə verməyəcək. Qüvvə toplayın,
etibarlı və sadiq müttəfiqlər arayın. Kiçik, amma çox xoşagəlməz səhvlər
və anlaşılmazlıqlar mühüm işlərin axarına mane ola bilər. Aktual
məsələləri həll etmək üçün əlavə xərclər, səylərin gərəkəcəyi istisna
deyil.
Zərurət duyulduğunu hiss etsəniz də, risk etməyin.
Sevdiyiniz insanla münasibətlərə dəyər verin, onun hisslərinin qayğısına
qalın. Eqoizm izharı ciddi problemlər yarada bilər.
Qız -
impulsiv olmayın. Qərarları qəbul edərkən tələskənliyə yol verməyin.
Vurnuxmalara qapılsanız, adi günlərdən fərqli olaraq daha çox səhvlərə
yol verə bilərsiniz. Qıcıqlı davranış və emosional əməllər işdə
həmkarlarla münasibətləri normallaşdırmağa imkan verməyəcək. İşgüzar
tərəfdaşlarla diqqətli olun.
Müttəfiqlər öz problemlərinin
həllinə sizi cəlb etməyə çalışacaqlar. Qıcıqlanmayın, səbrli və təmkinli
olun. Müstəqil fəaliyyət üçün münasib zamandır. Şəxsən sizin üçün mühüm
sayılan məsələlərə cavab aramağa çalışın.
Daşınmaz əmlakla bağlı anlaşmalar və sövdələşmələr üçün əlverişli zaman deyil. Alış-verişdə bədxərclik etməyin.
Tərəzi -
uğurlara nail ola bilərsiniz. Cəsarətli ideyalarınızın
gerçəkləşdirilməsinə aktiv şəkildə başlayın. Sizə yardım edəcək insanlar
tapa bilərsiniz. Məqsədə çatmaq üçün qeyri-adi, ekstravaqant
vasitələrdən istifadə edə bilərsiniz. Ciddi problemlərin həlli üçün
effektiv qərarlar qəbul edin. Tələskənliyinizlə ətrafınızdakı insanları
təəccübləndirməyin.
Yeni romantik münasibətlərin başlanması
üçün pis zaman deyil. İşgüzar maraqlarınızı başqalarının istəklərinə
qurban verməyin. Yaranan hisslər möhkəmlənəcək.
Axşam saatlarında aktiv istirahəti seçin.
Əqrəb
- yaxın ətrafınızdakı insanlarla münasibətləri pozmayın. Tərəfdaşlarla
dil tapın. Sərt və aqressiv olmayın. İradlarınız yersiz, zarafatlarınız
mənasız olmasın. Yollandığınız yerdə sizi soyuq qarşılaya bilərlər.
Yalnız öz işlərinizlə məşğul olaraq sizə dəyər verən insanların
maraqlarını qulaqardına vurmayın.
Diqqətli olun, fikrinizi mənasız işlərə yayındırmayın və uğur sizin olacaq.
Xoşagəlməz
məlumatlar almağınız istisna deyil. Həmin informasiyalardan biri sizi
yola çıxmağa vadar edə bilər. Sevdiyiniz insanlarla münasibətlərdə
sərinlik riski var.
Kiçik güzəştlərə belə, getməkdən boyun qaçırsanız, az sonra buna peşman olacaqsınız.
Oxatan
- bir işi yarımçıq qoyub başqasına başlamayın. Enerjinizi aktiv
fəaliyyətə zərurət duyulan istiqamətə yönləndirin. Xoşagəlməz
situasiyalar, münaqişələr və qarşıdurmaların səbəbkarına çevrilməyin.
Rəğbət bəslədiyiniz insanların tənqidlərinə aqressiv reaksiya verməyin. Hətta konstruktiv iradlardan da inciməyin.
Sakit davranın, soyuqqanlı və təmkinli olun.
Ailə
maliyyəsi və əmlakı ilə bağlı məsələlərin çözülməsi üçün əlverişli
zaman deyil. Yaxınlarınızla təmaslar üçün pis zaman deyil.
Oğlaq
- kiçik problemləri ürəklərinizə salmayın. Soyuqqanlı davransanız,
işlər pis olmayacaq. Başladığınız işləri yarımçıq qoymayın. Önəmli
məsələlərin həllini başqalarına həvalə etməyin. Problemlərin öhdəsindən
yalnız özünüz gələ bilərsiniz. Təkbaşına, müstəqil şəkildə çalışın.
Dostlar və köhnə tanışlardan yardımlar, habelə maddi dəstək ala
bilərsiniz.
Uğurlu anlaşma və sövdələşmələr istisna deyil.
Nüfuzlu insanlarla təmaslarda diqqətli olun. Sizi ilk dəfə görən insanda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Yeni romantik münasibətlər istisna deyil. Tanışlıqlara ciddi önəm verməyin.
Dolça
- yaxın ətrafınızdakı insanlar təşviş və təlaş içində olsalar da,
emosiyalarınıza nəzarət edin. Hissləriniz sizə çalışmağa, mühüm
məsələləri həll etməyə mane olmamalıdır. İşdə rəhbərliklə münasibətləri
normallaşdırın. Nüfuzlu insanla əlaqələri intensivləşdirin. Karyera
müstəvisində irəliləyiş şansı var. Peşəkar fəaliyyət sahəsində
mövqelərinizi möhkəmləndirin.
Qeyri-formal şəraitdə gərəksiz
əlaqələrdən yayının. Antipatik insanlarla təmasları ünsiyyəti minimuma
endirin. Adi günlərlə müqayisədə işlərə daha çox enerji sərf etməli
olacaqsınız. Axşam saatlarında normal istirahət edin.
Balıqlar -
bu gün alacağınız informasiya karınıza gələcək. Mürəkkəb, ağır işlərlə
məşğul olmaq olar. Situasiya nə qədər qeyri-müəyyən, çətin olsa da,
problemlərin həll yollarını arayın. Problemlərin çözümündə alternativ
vasitələri seçin.
Peşəkar fəaliyyət və maliyyə məsələləri ilə
bağlı istənilən məqamda aktiv olun. Cazibədar, maraqlı işgüzar
təkliflər ala bilərsiniz.
Yaradıcılıq potensialınızın
səviyyəsi yüksəkdir. Yeni, prinsipial işə başlamaq olar. Yaşamınızda
dəyişikliklər, yeniliklər etmək olar. Şəxsi münasibətlərdə təşəbbüskar
olun.
Aktiv, nikbin olun.
Milli.Az