Xəzərin Azərbaycan sektorunda zəlzələ olub
9.3.2012

Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ martın 8-də saat 9.31-də Bakı şəhərindən 180 km cənubi-şərqdə, 3.10 maqnitudada, 40 km dərinlikdə qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.