Bakının bir neçə rayonunda su olmayacaq
1.7.2014

Bakı şəhəri Xətai rayonu Natiq Əliyev küçəsindən keçən 500 mm diametrli magistral su xəttində təmir işlərinin aparılması ilə əlaqədar 01 iyul 2014-cü il tarixdə gün ərzində Babək prospekti, N.Rəfiyev, N.Əliyev küçələrinə və “Qara şəhər” ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Milli.Az