Azərbaycan peyki üzərindən Rusiya kanallarının yayımına başlanıb
1.7.2014

Rusiyanın bir sıra televiziya kanalı Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” üzərindən yayıma başlayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verilən xəbərə görə, Azərbaycan peykinin üzərindən açıq yayıma başlayan kanallar “A-One”, “Европа Плюс ТВ”, “Карусель +0”, “Life News”, “МИР-24”, “Москва. Доверие”, “Мульт +0”, “Пятница +0”, “РЕН +0”, “РУ-ТВ”, “СТС +0”, “ТВ3 (Россия) +0”, “Звезда +0” artıq 11015 H 30000 5/6 transponderində özünə yer edib.

Qeyd edək ki, “Azərspace-1” peyki 2013-cü ilin fevral ayında 46 dərəcə şərq uzunluğundakı orbitə çıxarılıb və həmin ilin may ayından etibarən kommersiya fəaliyyətinə başlayıb.

“Azərspace-1” peykinin əhatə zonasına Avropa, Afrika, Qafqaz regionu, Yaxın Şərq və Mərkəzi Asiya regionları daxildir və peyk “Azərkosmos” ASC tərəfindən ən yüksək beynəlxalq tələblərə cavab verən yerüstü peyk idarəetmə mərkəzlərindən dayanıqlı və fasiləsiz idarə edilir.

“Azerspace-1” peyki ilə 80-dən çox kanal yayımlanır.

Günel Abbasova
Gün.Az