Qoç - gün nöqsanlardan xali olmasa da, uğurlar da
istisna deyil. Emosional fon stabildir. Mənəvi durumunuza kənardan
təsirlər olsa da, təmkinli davranın. İşlər istədiyiniz kimi getməsə də,
ruhdan düşməyin. Nikbin olun, problemləri həll etməyə çalışın. İşgüzar
tərəfdaşlarla münasibətlərdə diqqətli olun.
Ailədəki
münaqişələrdən birini həll etmək olar. Əlverişli şəraitdən istifadə
edərək yaşlı qohumlarla təmasları normallaşdırın. Son vaxtlar sizi
narahat edən məqamlarla bağlı açıq danışın.
Buğa
- gərgin gündür. Yaranan problemlərin əhəmiyyətini olduğundan artıq
saymayın. Yaşananların hamısını ürəyinizə salmayın. Yaxşı tanımadığınız
insanlara etibar etməyin. Düşünülməmiş addımlar ataraq tələsik qərarlar
qəbul etsəniz, maliyyə itkilərinə məruz qala bilərsiniz.
Mühüm
qərarları müstəqil şəkildə qəbul edə bilərsiniz. Yaxın ətrafınızdakı
insanların məsləhətlərinin hamısı yaxşı deyil. Xurafat qurbanı olmayın.
Anlaşma və sövdələşmələr üçün əlverişli gün deyil. Alış-verişdə
bədxərclik etməyin. Uşaqlar üçün nə isə ala bilərsiniz.
Əkizlər
- əvvəllər əldə etdiyiniz təcrübə karınıza gələ bilər. Tanışlarınızın
yol verdikləri səhvləri təkrarlamayın. Tanıdığınız insanların
yanlışlıqlarını müşahidə edin, həmin yolla irəliləməyin. Problemlərin
həllinə yaradıcı yanaşın. Ekstravaqant qərarlara meylli olmayın.
Çətin
vəziyyətə düşmüş yaxın insana yardım edin. Qohumlardan birinə dəstək
ola bilərsiniz. Romantik münasibətlər üçün münasib gün deyil. Praqmat
olun, hisslərin qurbanı olmayın. Praktiki işlərə üstünlük verin.
Xərçəng
- yaxın ətrafınızdakı insanların bəzi hərəkətləri və qərarları sizdə
təəssüf doğura bilər. İnandığınız insanlardan biri sizi pərişan edəcək.
Yalnız özünüzə güvənin, müstəqil çalışın. Dəstək və yardım gözləməyin.
Situasiya ağırdır, bunu etiraf etmək gərəkdir.
Müttəfiq və dost arayın.
Maliyyə
çətinlikləri yaransa da, bütün bunlar müvəqqəti səciyyəlidir.
Planlaşdırılmamış xərclərdən boyun qaçırın, hisslərin və emosiyaların
qurbanı olmayın. İşdə həmkarların dediklərini dinləyin. Maraqlı
məqamları öyrənə bilərsiniz.
Şir -
məhsuldar, amma ağır əmək tələb edən gündür. Uğur əldə etməyə imkan
verən ideyalar bol deyil. Çətinlikləri həll etmək üçün baş sındırmaq
gərəkdir. Yaxınlarınızın çoxsaylı məsləhətlərinə qulaq asmayın. Onlar
sizi çaşdıra bilərlər. Müstəqil hərəkət edin. Maliyyə problemlərinin
həlli üçün əlverişli gündür. Borcları qaytarın, ödənişləri
gecikdirməyin.
Faydalı tanışlıqlar istisna deyil. Rəğbət
bəslədiyiniz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Yaxşı məziyyətlərinizi və üstün cəhətlərinizi nümayiş etdirin.
Alış-verişdə məntiqli davarnın. Dəvət aldığınız tədbirə qatılın.
Nüfuzlu insan sizinlə maraqlana bilər.
Qız
- bütün diqqəti işlərə ayırın. Fikirləriniz dağınıq olmasın. Faydasız,
mənasız söhbətlərə vaxt ayırmayın. İşgüzar tərəfdaşlarla əhəmiyyətli
məsələləri müzakirə etmək üçün yaxşı gün deyil. Görüşlər tələskənlik və
vurnuxma şəraitində keçməsin.
Təmkinli olun, diqqətli davranın. Əldə edilmiş müqavilələrin bəzilərini sonradan dəyişməyə zərurət yaranacaq.
Uşaqlıq
dostlarından biri ilə görüş istisna deyil. Ötənlərin xatırlanması
əhvalınızı yaxşılaşdıracaq. Yaxınlarınızla ünsiyyətdə qayğıkeş, səmimi
olun. İnciklikləri unudun.
Tərəzi -
çoxdan bəri hazırladığınız və həyata keçirmək istədiyiniz planları
reallaşdırmaq üçün əlverişli gündür. Sərvaxt olun, sayıq davranın.
Hadisələrin məcrasına süni təsir etməyin. Ətalətli, süst olmayın. Xoş
sürprizlər, dəyərli hədiyyələr istisna deyil. Nüfuzlu şəxslərdən
birindən dəstək alacaqsınız.
Məqsədə aparan yolda inamla irəliləmək üçün səy göstərmək gərəkdir.
Şəxsi
münasibətlərdəki qarışıq məqamları araşdırmaq gərəkdir. Problemlərin
mahiyyətini, anlaşılmazlığın səbəbini anlamağa çalışın. Hisslərinizi
qaydaya salın. Sevdiyiniz insanla ünsiyyətdə güzəştlərə hazır olun.
Əqrəb
- peşəkar fəaliyyət müstəvisindəki uğurlar böyük deyil. Lakin
nailiyyətləri görməmək mümkün deyil. Əməyinizə görə ödəniş, pul və ya
mükafat almağınız istisna deyil. Karyera ierarxiyasında irəliləyiş ola
bilər
Yeni tərəfdaşla əməkdaşlıq sizə uzun müddət ərzində
gəlir verə bilər. İş yerini dəyişibsinizsə, aktiv çalışın. Sizi ciddi
uğurlar gözləyir.
Yaxınlarınızla istədiyiniz qədər vaxt
keçirə bilməməyiniz sizi təəssüfləndirəcək. Dəyər verdiyiniz insanlar
sizi laqeyd və ya soyuqqanlı davranışda suçlaya bilərlər. Dostlara vəd
etdiyiniz görüşü təxirə salmayın.
Romantik təmaslarda diqqətli olun.
Oxatan
- xırdalıqlara və detallara həddən artıq önəm verməyin. Bəzi
təfərrüatları ümumiyyətlə, nəzərə almamaq gərəkdir. Ağır, həlli
mümkünsüz, çətin təsir bağışlayan problemləri çözmək bəlli səylər tələb
etsə də, çalışmalı olacaqsınız.
Həmin müşküllərin
əksəriyyətini az sonra unudacasqınız. Köhnə dostların məsləhətləri pis
deyil. Yaxınlarınızın dediklərini qulaqardına vurmayın.
İşgüzar
tərəfdaşlar və müttəfiqlərlə ünsiyyət üçün ən yaxşı gün deyil. Köçmək,
daşınmaz əmlakla bağlı problemləri həll etmək, məişət texnikası və mebel
almaq üçün kredit götürmək ideyasını təxirə salın.
Oğlaq
- önəmli hadisələr olmayacaq. Yeni ideyalar, qəfil məlumatlar istisna
deyil. Cəsarətli planlar qurmaq olar. Həmin planlardan bəzilərini həyata
keçirmək olar. Konkret ideyanı nəzərdə tutulan vaxtdan da tez həyata
keçirmək olar. Səliqəli olun. Detallara və təfərrüatlara fikir verin.
İşdə ciddi yanlışlıqlara yol verməyin.
Hesabatların hazırlanması və sənədləşdirmədə sayıq olun.
Səfər
və ya səyahətlər üçün əlverişli zamandır. Sevdiyiniz insanla təmaslarda
emosional davranmayın. Məişət çətinliklərinin öhdəsindən gəlməyə
qohumlar yardım edəcəklər. Dəstək üçün xahiş etməli olmayacaqsınız.
Dolça
- dərhal nəticənin əldə olunmasına hesablanmamış işlərlə məşğul ola
bilərsiniz. Hadisələrin məcrasını təxminləməyə çalışanda bütün amilləri
nəzərə alın. İdeya və ya layihələrinizin perspektivlərini hesablayın.
Strateji planlaşdırma və uzunmüddətli sərmayələr üçün əlverişli
zamandır.
Yaxınlarınızdan biri ilə bağlı önəmli məlumat
alacaqsınız. Əldə etdiyiniz informasiyanı paylaşmağa tələsməyin. Bəzi
məqamları sirr saxlamaq gərəkdir.
Hisslərinizi etiraf etməyin. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Sizi yanlış anlaya bilərlər.
Balıqlar
- peşəkar fəaliyyət müstəvisində yaranan problemlərin həllində aktiv
olun. Şəxsi münasibətləri işgüzar təmaslara qarışdırmayın. Daxili
sədləri dəf edin. Davranışınızda yeniliklər edin, ətrafınızdakı
insanları təəccübləndirin. Yeni tanışlıqlar xoş təəssüratlar bəxş
edəcək. İşdə həmkarlarınızla müzakirələrdə mövqelərinizdən geri
çəkilməyin. Yaltaqlara və məkrli insanlara inanmayın.
Hisslərinizi
aşkarlamayın, emosiyalarınızın əsiri olmayın. Amma yaxın ətrafınızdakı
insanlarla təmaslarda sərt və aqressiv olmayın.
Səhv etsəniz, nöqsanınızı dərhal etiraf edin. Sevdiyiniz insana dəyər verin.
Milli.Az