Heydər Əliyev Mərkəzi London Dizayn Muzeyi tərəfindən ilin ən yaxşı dizaynlı muzeyi adına layiq görülüb.
Bu dalğavari incəsənət kompleksi 70
memarlıq layihəsini geridə qoyaraq qalib adını qazanıb. Mükafat Heydər
Əliyev Mərkəzinin binasının layihəsinin müəllifi, dünya şöhrətli memar
Zaha Hadidə təqdim olunub.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzi sərgilər, konsertlər və digər mədəni tədbirlərin keçirilməsi üçün nəzərdə tutulub.
Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik
fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev
irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman,
ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən
layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin
beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin,
müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli,
regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin
keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Bu tikili dünyanın ən gözəl binaları arasına salınıb. Mərkəz nəinki
yerli sakinlərin, həm də turistlərin sevimli məkanlarından biridir.
ANS PRESS