Bakının bir neçə küçəsinə nəqliyyatın girişi məhdudlaşdırılıb - FOTO
2.7.2014

Bakının bir neçə küçəsinə nəqliyyatın girişi məhdudlaşdırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq 4-cü mikrorayon dairəsinə 20 Yanvar və Cavadxan küçələrindən giriş bağlıdır.

Sürücülərə alternativ olaraq Mir Cəlal və Hüseyn Seyidzadə küçələrindən istifadə etmək tövsiyə olunur.

APA