Dünya Çempionatında bütün 1/4 final cütlükləri müəyyənləşib - CƏDVƏL
2.7.2014

Braziliyada keçirilən futbol üzrə dünya çempionatında bütün 1/4 final cütlükləri müəyyənləşib.

Sonuncu cütlüyü Argentina və Belçika təşkil edib.

Argentina 1/8 finalda İsveçrəni, Belçika isə ABŞ millisini məğlub edib. Maraqlıdır ki, 1/4 finala ancaq öz qrupunda birinci yeri tutan komandalar çıxıb.

Bütün finalçılar:

Almaniya-Fransa (04.07, 21.00)
Braziliya-Kolumbiya (05.07, 01.00)
Argentina-Belçika (05.07, 21.00)
Hollandiya-Kosta-Rika (06.07, 01.00)

APA