100 il əvvəl bu günü belə görürdülər - FOTO
2.7.2014

Fransız jurnallarının birində 1910-cu ildə 21-ci əsrin necə təssəvvür edilməsi ilə bağlı yayımlanan şəkillər üzə çıxıb.

Fransalı rəssam Villemard 1910-cu ildə 2000-ci ilin necə olmasını öz rəsm əsərlərində əks etdirib. Onun xəyal gücünün məhsulu olan şəkillərdəki öncəgörümlərdən bir çoxu hələ də reallaşmayıb və insanlar onların nə vaxtsa həyata keçəcəyinə inanırlar.

Villemardın əsərlərində döyüşlərin maşınlarla olacağı, məktəb şagirdlərinin səsli kitabları dinləyəcəyi, inşaat işlərində fəhlələrin əvəzinə xüsusi alət və robotlardan istifadə ediləcəyi, videolu teleqrafın yaradılacağı, səsli qəzetlərin məşhurlaşacağı və d. fikirlər öz əksini tapıb.





































ANS PRESS