Azərbaycan-Xorvatiya biznes forumu keçiriləcəkdir
9.3.2012

Martın 12-də Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan-Xorvatiya biznes forumu keçiriləcəkdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilmişdir ki, tədbirdə kənd təsərrüfatı və qida sənayesi, sənaye, enerji, tikinti, informasiya və kommunikasiya texnologiyaları, səhiyyə və digər sektorları təmsil edən iş adamları iştirak edəcəklər.

                                                                                                                                     AzerTac